“Şübhəni müstəntiqi çağırıb dindirməklə aradan qaldıracağıq?” - “Sea Breeze” işi
“Sea Breeze”dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı növbəti məhkəmə araşdırması keçirilib.
Işə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılır.
Sözügedən məhkəmə prosesi birinci cinayət işini əhatə edir və bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M. Ə. təqsirləndirilən şəxslərdir.
Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. İttihama görə, Elmir İsmayılov və onunla birgə mühakimə olunanlar “Sea Breeze”də dava salıb Elnur Məmmədovla Cavad Muradovu döyüblər.
Dekabrın 7-də keçirilən prosesə Elnur Məmmədov gəlməyib. Vəkili Cavidan Osmanlı bildirib ki, Elnur Məmmədov səhhəti ilə əlaqədar məhkəmə prosesinə qatılmayıb.
Bundan sonra hakim iş üzrə yeniyetmə M.Ə-yə sərbəst ifadə verməyi təlkif edib. Hakim elan edib ki, qanuna görə yetkinlik yaşına çatmayanlar valideynlərindən birinin nümayəndə olaraq çıxış etməsi ilə sərbəst ifadə verə, dindirilə bilərlər. O, atasının nümayəndə olaraq iştirakı ilə sərbəst ifadə verib.
Yeniyetmə bildirib ki, iyunun 11-də qohumu Mikayılla bərabər Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Elgün İsmayılovla Mərdəkan qəsəbəsində çay içiblər. Gecə saat 1 radələrində Elgün İsmayılova qardaşı Elmir İsmayılov zəng edib. Elmir Elgündən xahiş edib ki, “Sea Breeze”ə gələrək onu xəstəxanaya aparsın. Bərabər “Sea Breeze”ə gəliblər.
Oradakı dayanacağa çatanda Peyman, Elgün, Məhəmməd maşından düşərək gediblər. Maşın digər nəqliyyat vasitələrinə mane olmasın deyə, o sükan arxasına keçərək avtomobili daha əlverişli yerdə saxlayıb. Bir qədər gözlədikdən sonra o da restoran tərəfə gedib. Həmin vaxt Peyman Vəlizadənin başından qan axdığı görüb. Yaxınlıqdakı su kranında Peymanın başını yuyub. Sonra da Məhəmməd gəlib. O da gələndən sonra “Sea Breeze”dən çıxıb gediblər.
M.Ə sərbəst ifadəsini bitirəndən sonra dövlət ittihamçısının suallarını cavablandırıb. Qeyd edib ki, “Sea Breeze”də Elmiri, Peymanı, Məhəmmədi, Elgünü kimlərin vurduğunu görməyib. Bundan başqa Elnur Məmmədovu, onun dostu Cavad Muradovu da orada görməyib. M.Ə. prokurorun suallarına cavab olaraq bildirib ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmir. O, valideyninin iştirakı olmadan, təzyiq göstərməklə ondan ifadə alındığını deyib.
M.Ə. Məhəmməd Həsənzadə vəkil Vüsal Orucovun bir neçə sualını cavablandırıb. Bildirib ki, onlar “Sea Breeze”ə dava deyil, Elmir İsmayılovu oradan götürərək xəstəxanaya aparmaq niyyəti ilə gəliblər. O, orada Məhəmməd Həsənzadənin kiminləsə dava etdiyini görməyib.
Hakim bildirib ki, M.Ə. ibtidai istintaqa verdiyi ifadəsini birmənalı şəkildə təkzib etdiyindən onu ibtidai istintaqa verdiyi ifadəni elan etmək zərurəti yaranıb. Buna görə də tərəflərin münasibəti öyrəndikdən sonra ifadəni elan edib.
Həmin ifadəyə görə hadisə baş verən gün M.Ə. Binə qəsəbəsində olub. Ona Məhəmməd Həsənzadə mesaj yazaraq “Sea Breeze”yə çağırıb. Ora 11 iyun gecə 1-in yarısı çatıb. Orada onu Məhəmməd qarşılayıb və “Rose Park” adlı restorana Elmir İsmayılovun əyləşdiyi masaya aparıb. Masaya çatanda orada Elmir, Peyman və 3 qadının əyləşdiyini görüb.
Təxminən 2 saata yaxın oturduqdan sonra Elmir əlindəki içki qədəhi ilə yandakı masaya tərəf gedib. Sonradan Nicat və adını bilmədiyi digər şəxs də Elmirin ardınca gediblər. Elmir adını sonradan bildiyi Elnurla viski içiblər. Sonradan isə ayağa qalxıb mübahisə ediblər. Anidən Elnur Elmiri söyüb, Elmir də ona qarşılıq verib. Onlar bir-biri ilə mübahisə edərək restorandan çölə çıxıblar. Masa arxasında xanımlardan başqa olanlar da onların ardınca çölə çıxıblar. Orada Elnurun Elmiri, bunun ardınca isə Elmirin onu vurduğunu görüb.
Sonradan Elmir yerə yıxılıb, o da onun döyülməsinin qarşısını almaq üçün yumruqla Elnurun sağ qolundan vurub. Elmiri oradan kənarlaşdırmaq istəsə də, buna nail ola bilməyib.
Mübahisə daha böyüməsin deyə Elmirin dostları onu kənara aparıblar. Bundan sonra 6 nəfər şəxs Peymanın üstünə gələrək onu döyüblər. Əsas zərbəni Peyman başından alıb. Ona yumruq vuranlar arasında adını sonradan bildiyi Cavad da olub. Sonradan Peymanın başını yuyub. O, Məhəmmədin onu çağırdığını görüb və ona tərəf gedib. Məhəmməd də ona tərəf gələrək qarşısında yerə yıxılıb xırıldamağa başlayıb. Əlini Məhəmmədin ağzına salıb onun dilini çıxardıqdan sonra Məhəmməd özünə gəlib. Elgünün harada xəsarət aldığını görməyib.
Hakim ifadəni elan edəndən sonra prokuror Amin Şəkərəliyev M. Ə.-yə bir neçə sual verib. Yeniyetmə bildirdi ki, o, dindirmə zamanı tək olub, müstəntiq üstünə qışqırıb, bu zaman qorxub deyə səhv ifadə verib.
O, Elnuru görmədiyini, onun qolundan yumruqla vurmadığını, Cavadın Peymanı vurmasını görmədiyini, Məhəmmədi kimin vurduğunu da görmədiyini deməklə ibtidai istintaqa verdiyi ifadəsini təkzib edib. Prokuror ona xatırladıb ki, ifadənin altına öz xətti ilə imza atıb. O isə bildirdi ki, müstəntiq ona deyib ki, bura qol çək, evə gedirsən, o da qol çəkib.
Bundan sonra onu evə buraxmayıblar, Müvəqqəti Saxlama Təcridxanasına aparıblar.
Bundan sonra vəkillərin suallarını cavablandıran M.Ə. bildirib ki, o, ibtidai istintaqa verdiyi ifadəni təkzib edir, belə ifadə verməyib.
M.Ə-nin müdafiəçisi də yeniyetmənin indi dediklərinin real göründüyünü bildirib:
“Elementar bir şeyə diqqət edək. Guya M.Ə müstəntiqə deyib ki, Peyman Cavadı küt alətlə vurub. Bu uşaq küt alət nə deməkdir bilirmi? Hamımız bilirik ki, küt alət sözünü adətən hüquqşünaslar, eskpertlər işlədir. Qaldı ki digər məsələyə, bu uşaq Cavadı tanımaya-tanımaya onun adını necə çəkə bilər? İnandırıcı deyil”,-vəkil əlavə edib.
Cavad Muradovun suallarını cavablandıran yeniyetmə onu “Sea Breeze”də görmədiyini bildirib.
Bundan sonra hakim iş materiallarına əlavə edilmiş sənədləri elan edib. Dövlət ittihamçısı müstəntiq Əlibala Hacıyevin məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatətlə çıxış edib.
Vəsatət müzakirə olunarkən Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli müstəntiqin məhkəməyə çağırılaraq dindirilməsinin qəti əleyhinə olduqlarını bildirdi:
- Müstəntiq gəlib deyəcək ki, mən həqiqətən də azyaşlını vəkilsiz dindirmişəm? Deyəcək ki, təqsirləndirilən şəxs ifadəsini oxumadan imza atdırmışam? Müstəntiq deyəcək ki, azyaşlını aldadıb evə gedəcəyini deməklə ona yazdığım ifadəni imzalatdırıb Müvəqqəti Saxlama Təcridxanasına göndərmişəm? Bunları deməməyəcəyi aydındır. Bundan başqa məhkəmə başlayanda möhtərəm hakim dedi ki, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin bununla bağlı tövsiyələri var. Məhkəmə istintaqı ayrı istintaqdır, ibtidai istintaqdır. Müstəntiqin fikri bizim üçün hər hansı bir dəqiq rol oynayacaqsa, ondan biz burada nəyi araşdırırıq? Elə ittiham aktına uyğun hökm çıxaraq, qurtarıb getsin! Hesab edirəm ki, dövlət ittihamçısı vəsatət qaldırarkən müstəntiqin hansı məqamlarla bağlı dindirilməsini istədiyini, hansı ziddiyyətlərlə bağlı ona sualların veriləcəyini proses iştirakçılarına bildirməlidir. Prokuror ümumi deyir ki, gəlin müstəntiqi dindirək. Belədirsə, gəlin elə Müvəqqəti Saxlama Təcridxanasının rəisini də dindirək. Hesab edirəm ki, vəsatət əsaslandırılmayıb və heç bir zərurət olmadığından əsassız və qanunsuz vəsatət təmin edilməməlidir.
Vəkil Vüsal Orucov isə bildirib ki, məhkəmədə qaldırılan vəsatətlərin prosesual əsası olmalıdır:
- Prosessual məcəllədə müstəntiqin dindirilməsi anlayışı yoxdur. Biz ondan ifadə alırıq? Ondan izahat alına bilər. Əslində istintaqda natamamlıq var. Müstəntiqi ittiham etmək niyyəti ilə dindirmək olmaz. Bunu Prosessual Məcəllə qadağan edir. Biz o zaman müstəntiqi çağırıb izahatını istəyə bilərik ki, hər hansı bir halı qeydə alıb-almamasını aydınlaşdıraq. Bu məhkəmə araşdırmasıdır. O zaman müstəntiq izahat verə bilər. Düşünürəm ki, dövlət ittihamçısı nə qədər ki, vəsatətində bu məsələ ilə bağlı əsaslandırmayıb, buna görə də prosessual qanunvericiliyin tələbi keçərlidir deyə müstəntiq çağırılıb dindirilə bilməz.
Cavad Muradovun vəkili də müstəntiqin dindirilməsinə etiraz edib:
- Əslində müdafiə tərəfi olaraq biz maraqlı olmalıyıq ki, hər hansı bir ziddiyyətin aradan qaldırılması üçün ittiham tərəfin nümayəndəsini çağıraq, dövlət ittihamçısına sual verməyi qanun qadağan edir, amma müstəntiqə sual verə bilərik. Belə çıxır ki, hər hansı bir şübhə yaranarsa, biz həmin şübhəni müstəntiqi çağırıb dindirməklə aradan qaldıracağıq? Qanunvericilik bu məsələni tənzimləyir. Bütün bu hallar təqsirləndirilən şəxslərin xeyrinə şərh olunur. Hesab edirəm ki, müstəntiqin çağırılıb dindirilməsinə ehtiyac yoxdur, əlavə vaxt itkisidir.
Digər vəkillər və təqsirləndirilən şəxslər, zərərçəkən də vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdilər.
Hakim Mirheydər Zeynalov yerindəcə müşavirə keçirib prokurorun vəsatətini təmin etdi.
Vəkillər hakimin diqqətinə çatdırdılar ki, M. Ə-ni müstəntiq Əlibala Hacıyev deyil, Ceyhun adlı müstəntiqi dindirib.
Bundan sonra hakim Məhəmməd Həsənzadənin telefon-anten məlumatları ilə bağlı araşdırmanın başlandığını elan edib.
Prokuror telefon nömrəsinin Məhəmməd Həsənzadəyə aid olub-olmamasını şübhə altına alıb. Vəkil Vüsal Orucov prokurorun diqqətinə çatıdırıb ki, şübhə varsa, şübhənin aradan qaldırılması ittham tərəfinin üzərinə düşür:
- Biz buna şübhə etmirik ki, həmin nömrə Məhəmməd Həsənzadənindir. İttiham tərəfinin şübhəsi varsa, bunu digər sübutlarla aradan qaldırmalı, ortaya qoymalıdır. Nə qədər ki, belə bir hal yoxdur, sübutun özlüyündə heç bir şübhə yoxdur. Sübut qanun pozuntusu ilə də əldə edilməyib. Telefon-anten məlumatlarından açıq-aşkar görünür ki, Məhəmməd Həsənzadə dava olan zaman “Sea Breeze”də olmayıb. İttihamda yazırlar ki, Məhəmməd Həsənzadə saat 23 radələrində “Sea Breeze”də olub. Həmin vaxt Məhəmməd Həsənzadə orada olmayıb. Telefon anten məlumatlarından görünür ki, o, Mərdəkan qəsəbəsində olub. İttiham bu halda nə olmalıdır? Əlbəttə ki, məhv olmalıdır. Söhbət ondan gedir ki, məhkəmənin də verilən ittihamdan kənara çıxıb “bağışlayın, Məhəmməd Həsənzadə “Sea Breeze”də 23 radələrində olmayıb, gecə 1 radələrində olub” deyib hökmü də buna əsasən çıxarmaq ixtiyarı yoxdur! Məhkəmə ittiham funksiyası həyata keçirən, şəxsə ittiham elan edən orqan deyil. Ya verilən ittiham təsdiq edilməlidir, ya da təsdiq edilməməli, şəxslərə bəraət verilməlidir. Bunun başqa yolu yoxdur. Ona görə də ittiham tərəfi sübut etməlidir ki, Məhəmməd Həsənzadə 23 radələrində “Sea Breeze”də olub. Nə qədər ki, belə bir sübut yoxdur, ittiham tərəfi bunu sübut edə bilmir, əksinə biz təqsirsizliyimizi sübut etmək üçün mücadilə etmək məcburiyyətindəyik, bunu da artıq sübut etmişik, burada artıq sübutsuzluqdan söhbət gedə bilməz. Toplanılan sübutlar şəxsin təqsirsiz olduğuna dəlalət edir. Hesab edirəm ki, sübut o qədər mötəbərdir ki, məhkəmənin bunu nəzərə almaması imkanı xaricindədir.
Vəkil Aydın Kərimbəyli bildirib ki, zərərçəkənlər, şahidlər ittihamdan tam başqa ifadələr verib:
- Təqsirləndirilən şəxslər tam başqa ifadə verdilər. Çünki iş tam başqa bir formada gəlmişdi, məhkəmə istintaqında tam başqa şeylər müəyyən olundu. Fakt odur ki, bu hadisənin baş vermə saatı məlumdur, videogörüntülər də var. Həmin vaxtı Məhəmməd Həsənzadənin telefonu Mərdəkan qəsəbəsində olub. O, sona qədər Mərdəkanda qalsaydı, deyərdik ki, bəs sən bu işdə nə gəzirsən? Sonradan Nardaranda olması da öz əksini tapır axı. Yəni burada 2X2-dir və müşavirə otağında da müvafiq olaraq qiymətləndirilməlidir.
Digər vəkillər də telefon-anten məlumatlarının mötəbərliyinə şübhələrin olmadığını bildirdilər.
Məhəmməd Həsənzadənin atası da bildirdi ki, prokurorun şübhəsi varsa, Məhəmmədlə onun, Məhəmmədlə anasının və digər yaxınalrının iş materiallarına əlavə olunmuş nömrəsi ilə müxtəlif vaxtlarda danışıqları, sms yazışmalarına baxa bilər.
Hakim prokurora bildirib ki, telefon-anten məlumatları ilə bağlı hansı vəsatətinin olmasını xəbər alıb. Prokuror isə deyib ki, nömrə ilə bağlı araşdırma aparılmasını istəyir.
Vəkillər isə bildirdilər ki, telefon nömrəsinin Məhəmməd Həsənzadənin istifadəsində olmasına dair hər hansı bir qeyri-müəyyənlik yoxdur.
Hakim daha bir sübutun hadisə baş verən zaman “Sea Breeze”dəki müşahidə kameralarından götürülmüş videogörüntülərlə bağlı olduğunu dedi. Bildirdi ki, sosial şəbəklərdə, cinayət işinin materiallarında qırmızı “strelka” ilə işarələnmiş şəxslərin videosu var. Vəkillər bildirdilər ki, həmin video deyil, ilk mənbədən götürülən video tədqiq olunmalı, fotoportret ekspertizası keçirilməklə videodakı şəxslərin kimliyi aydınlaşdırılmalıdır.
Vəkil Abbas Kərimbəyli hakimin diqqətinə çatdırıb ki, videoda üzərinə qırmızı “strelka” qoyulan şəxsin adını hər kəs bilir, həmin şəxs ötən proseslərə qatılmaqla ağır söyüşlər söydü.
Hakim vəkildən əyləşməsini istədi və prosesin dekabrın 12-nə qədər təxirə salındığını elan etdi.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, özü isə “Sea Breeze”dəki Vergilər Xidmətinin inspektoru olub.
Fotoda Leysan Məmmədov
Paylaş:
Müəllif : Fuad
Tarix:8-12-2023, 08:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər