reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naxçıvan şəhərində kirayə evlərin qiyməti iki dəfəyə yaxın artıb

reklam

Naxçıvan şəhərində kirayə evlərin qiyməti iki dəfəyə yaxın artıb
















Naxçıvan şəhərində kirayə evlərin qiyməti ötən illə müqayisədə iki dəfəyə yaxın artıb. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup tələbə məlumat verib. Onlar deyir ki, ötən il şəhərin mərkəzində 300-350 manata qaldıqları kirayə evlərin qiyməti 500-600 manata qalxıb.

Qazax rayonundan olan Naxçıvan Dövlət Universitetinin tələbəsi N. Cəfərli deyir ki, yeni tikililərdə qiymətlər daha bahadır:

“3 ildir Naxçıvanda oxuyuram, ötən illə müqayisədə ev kirayəsinin qiyməti xeyli qalxıb. Tələbə dostumla birlikdə iki otaqlı evdə yaşayırıq. Ötən il aylıq 350 manat ödəyirdik. Bu il qaldırıblar 550 manata. İstədik başqa yerə köçək, ucuz qiymətə tapa bilmədik. Məcbur qalıb, razılaşdıq. Hazırda 3 aydır ki, 500 manat ödəyirik.”

Digər tələbə B. Ağayeva deyir ki, universitetlərin yanındakı evlərə yaxın düşmək mümkün deyil:

“Şəhərin mərkəzində və universitetə yaxın ərazilərdə qiymətlər çox bahadır. Tələbələrin yaxın durması mümkün deyil. Mən tələbə yoldaşımla şəhər kənarında 300 manata bir otaqlı evdə qalırıq. Hərəmizə ayda 150 manat ödəyirik”.

Ev alqı-satqısı ilə məşğul olan Səna Quliyev deyir ki, kirəyə qiymətlərinin artması həm təlabatın çoxalması, həm də mənzil qiymətlərinin bahalanması ilə bağlıdır:

“Qiymətin qalxmasına səbəb əmlak bazarında evlərin qiymətinin qalxması və tələbat artmasıdır. Çünki, bu il ötən ilə nisbətən tikinti materiallarının da qiyməti qalxıb. Bu il Azərbaycanın başqa bölgələrindən və xaricdən daha çox tələbə oxumaq üçün gəlib. Duzdağ Fizioterapiya Mərkəzinə gələnlərin də sayı artıb. Bir sıra vətəndaşlar evlərini 10 günlük onlara verib daha çox qazanc götürürlər. Bu səbəbdən kirayə vermirlər. Bir sözlə tələbat artıb. Tələbat artığı üçün kirayə evlərin qiyməti də qalxıb.”




Paylaş:


Müəllif : Tarix:
8-12-2023, 12:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər