ABŞ prezidentinin oğlu vergidən yayınmaqda ittiham olunur
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb.
“Fox News” telekanalı xəbər verir ki, bu barədə cümə axşamı Kaliforniyanın Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə deyilir.
Prokurorların fikrincə, H. Bayden 2016-cı ildən 2019-cu ilə qədər 1,4 milyon dollar məbləğində vergi ödəməyib, həmçinin saxta vergi bəyannamələri təqdim edib.
Kanalın məlumatına görə, onu 17 ilə qədər həbs cəzası gözləyir.
Xüsusi işlər üzrə prokuror Devid Uayss iddia edir ki, Hanter Bayden vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib.
“Müttəhim 2016-cı ildə 1 milyon dollar, 2017-ci ildə 1,4 milyon dollar, 2018-ci ildə 1,8 milyon dollar, 2019-cu ildə 600 min dollar xərcləyib. Müttəhim 2020-ci ilin yanvarından oktyabrına qədər 1,2 milyon dollardan çox maliyyə dəstəyi alıb və o, bu vəsaiti şəxsi xərclərə xərcləyib.
Digər tərəfdən, “CNN” telekanalının məlumatına görə, xüsusi işlər üzrə prokuror Devid Uayss son bir neçə həftədir Hanter Baydenə qarşı cinayət ittihamları ilə bağlı ifadələr və sübutlar toplayır. O, iş adamının gələn ilin avqust ayında məhkəməyə çıxa biləcəyini bildirir.
Qeyd edək ki, Hanter Bayden əvvəllər silah saxlamaqla bağlı da üç cinayətdə ittiham olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-12-2023, 17:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər