“Qırmızı Körpü”də 1350 maşın növbə GÖZLƏYİR
“Astara” gömrük postunda 181, “Biləsuvar” gömrük postunda 140, “Qırmızı Körpü” gömrük postunda 1350, “Mazımqara” gömrük postunda 171, “Samur” gömrük postunda 60 və “Xanoba” gömrük postunda 3 yük maşını var.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə yaydığı məlumatda bildirilir.
“Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir. Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər”, - deyə AYNA-nın məlumatında vurğulanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-12-2023, 18:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər