reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sənədsiz evlərlə bağlı şok iddia: Başqa ünvanla...

reklam

Sənədsiz evlərlə bağlı şok iddia: Başqa ünvanla...















Bu il oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz evlər elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. 

Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar əmlak bazarına öz təsirini göstərib. Alqı-satqı edənlər arasında çaşqınlıq yaranıb. 

 “Cebhe.info” əmlak bazarını araşdırdıqda, məlum olub ki, yarıtikili evlərdə qiymətlər aşağı düşüb.

Sənədi olan evlərdə də alıcı qıtlığından qiymətlərdə azalma olduğunu deyən “maklerlər” var. Adının çəkilməsini istəməyən “makler” bildirib ki, sənədsiz yarıtikili evlərə bəzi kommunal xidmətlərin verilməsində qanundankənar yollar axtarılır: 

"Qanunla həmin evlərə kommunal xidmət göstərilməsə də, bunun da çarəsini axtarırlar. Bəzən kimlərsə riskə gedib müəyyən razılaşma ilə başqa ünvanlara aid abonent kodunu aktivləşdirib yeni ünvanlara verməyə cəhd edir. Alınmasa belə, ilkin cəhdlər edilir. Amma nail ola bilmirlər”. 

Vasitəçi bazardakı son durumu acınacaqlı hesab edir: 

"Bazarda son bir ayda çox durğunluq var . Bir aydır ki, ev satmaq olmur, evin hər bir sənədi olsa belə satılmır. Hər kəs zəng edir, məlumat almaq istəyir. Bu qərardan sonra əhalinin əmlak bazarına maraqı azalıb.

İnsanlar bilmir nə etsin, necə etsin. Çünki bələdiyyə sənədi olan evlər çoxluq təşkil edir. Qəbul edilmiş son qərardan sonra elə evlərə də maraq çox azalıb. Alıcılar daha çox sənədli evlərə üstünlük verirlər. Onun da qiyməti münasib olmadığına görə alıcısı azlıq təşkil edir".

 “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında bildirib ki, onun təmsil etdiyi qurumda ümumiyyətlə, belə hallar mümkün deyil. “Azərsu” ASC ancaq sənədi qanunun tələblərinə cavab verən evlərə xidmət göstərir:

"Prezident Fərmanı ilə qanuna dəyişiklik edilib və 1 okyabrdan tikintiyə icazəsi olmayan evlərə suyun verilməsi qanunla qadağan olunub". 





Paylaş:


Müəllif : Tarix:
8-12-2023, 23:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər