“Kimdir buna inanan?” deməyin, dəhşətli rəqəmlər var”
“Daha bir neçə vətəndaş onlayn “part time” işlərdən külli miqdarda vəsait itirib. İlk 5 tapşırığı icra etdikdən sonra vətəndaş 40 manat qoyub, 80 manat götürüb. Növbəti addımlarda pul qoyduqca, nağdlaşdıra bilib. Sonda 16 min manat qazanmaq üçün hesaba 5 min manat mədaxil edib. Dələduzlar vəsaitin yetərli olmadığını amma investorların ona 3 min manat borc verə biləcəyini deyib. Beləcə vətəndaş özü 5 min manat, dələduzlardan 3 min manat borc alaraq yatırım edib”.
Bunu texnobloger Fərid Pərdəşünas bildirib.
Onun sözlərinə görə, 8 min manat hesaba mədaxil edən vətəndaşın balansında bir neçə günə 16 min manat yaranıb:
“Vətəndaş bu pulu çıxarmaq istəyəndə dələduz 5 min manat üzərində olan ödənişlərdən 25% dövlət vergisi olduğunu qeyd edib və pulu çıxarmaq üçün vətəndaşdan 4 min manat daha alıb. Bu ödənişi də aldıqdan sonra vətəndaş pulu çıxara bilməyib. Dələduzlar vətəndaşa bunun əsas səbəbinin investorların verdiyi borcu istəməsilə əlaqələndirib və vətəndaşdan onlayn verdikləri yalançı 3 min manat borcu real olaraq alıblar.
Toplamda bu dələduzluqda bir neçə nəfər ayrılıqda 10 min manat üzərində vəsait itirib. “Kimdir buna inanan?” deməyin. Məlumatı paylaşın, insanların xəbəri olsun. Dəhşətli rəqəmlər var. Aldanmaz dediyim adamlar aldanır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-12-2023, 18:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər