Bakı İlahiyyat Kolleci yaradılıb
“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.
Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar əsasən, publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi Nazirlər Kabinetinin səlahiyyətinə daxildir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməlidir.
Kollecin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi Maliyyə Nazirliyinə tapşırılıb.
İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2023, 10:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər