Toylarda terminalla nəmər yazma: “Kartla ödəniş imkanı yoxdursa...”
Azərbaycanda ToyPay adlı ödəniş terminalı istifadəyə verilib. Artıq toy məclislərinə dəvət edilən şəxslər pulu həmin terminala ödəyəcəklər. Bununla da, şadlıq evlərində mövcud olan pul qutuları tarixə qovuşur. Sözügedən yenilik isə cəmiyyətdə müzakirələrə səbəb olub. Çoxları bu servisi birmənalı qarşılamayıb.
Bu haqda İT mütəxəssisi Vahid Qasımov “Yeni Sabah”a açıqlamasında deyib ki, əslində bu servisin digər ödəniş terminallarından fərqi yoxdur:
“Terminalın formasından da göründüyü kimi, burada müasir və innovativ texnologiyadan söhbət getmir. Bu, 10 ildir ki, Azərbaycanda müxtəlif adlarda fəaliyyət göstərən ödəniş terminallarının növbəti versiyasıdır və mövcud olan ödəniş terminallarında istifadə olunan işləmə prinsipindən heç bir fərqi yoxdur. Sadəcə müəyyən bir sahəyə uyğunlaşdırılmış variantdır. Buna görə də həmin terminalı yenilik kimi qələmə vermək düzgün deyil”.
Mütəxəssis qeyd edib ki, ToyPay-ın heç bir innovativ tərəfi yoxdur:
“Bir servis olaraq faydalı, lakin gecikmiş və yarımçıq məhsuldur. Pul yığma prosesinin şəffaflığına imkan yaratdığı üçün faydalıdır. Gecikib, çünki artıq belə terminallardan 10 ildir ki, istifadə olunur.
Kartla ödəniş imkanı olmaması isə bu servisin yarımçıq hesab olunmasına səbəb olur. Deməzdim ki, bu terminalı hansısa İT mütəxəssisləri, ya da startup çərçivəsində ediblər. Çünki yuxarıda da qeyd etdiyim kimi, bu terminalların heç bir innovativ tərəfi yoxdur. Əksinə, nağdsız ödənişləri qəbul edə bilməyəcək qədər primitivdirlər”.
Ekspert həmin xidmətin yaradılmasında zəruriliyi ölkədəki toyların çoxluğu ilə əlaqələndirir:
Yeganə yenilik isə fərqli bir sahəyə tətbiq olunmasıdır. Bu cəhət isə ölkəmizdəki toyların bolluğu ilə əlaqəlidir. Bütün biznes sahələrində olduğu kimi, insanlar bir servisdən istifadə etsələr, onu təqdim edən şirkət daha çox gəlir əldə etmiş olar. Bunun üçün də həmin xidmətin populyarlaşması önəmlidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2023, 14:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər