Nümayəndələr Palatası Baydenin impiçmenti ilə bağlı qətnaməyə səs verəcək
Dekabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ Prezidenti Co Baydenin impiçmenti üçün əlavə araşdırmaya icazə verən qətnaməyə səs verəcək.
Bu barədə “Reuters” agentliyinə Amerika qanunverici orqanının aşağı palatasındakı Respublikaçılar Partiyası aparatının nümayəndəsi məlumat verib.
Beləliklə, o, qanunverici Liza Makkleynin səsvermənin dekabrın 14-də keçiriləcəyi ilə bağlı bəyanatını təkzib edib.
Səsvermə ərəfəsində qətnamə Nümayəndələr Palatasının Qaydalar Komitəsində nəzərdən keçiriləcək.
Qətnamə Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq, Gəlir və Xərclər və Məhkəmə-Hüquq komitələrini impiçment prosesini davam etdirməyə istiqamətləndirəcək.
Sənədi Konqresin aşağı palatasına konqresmen Kelli Armstronqun adından respublikaçı qanunvericilər təqdim ediblər. Belə ki, dekabrın 2-də Amerika qanunverici orqanının aşağı palatasının spikeri Mayk Conson Ağ Evin Respublikaçıların palatada Amerika lideri və onun ailə üzvlərini şübhəli bildikləri cinayətləri araşdırmağa mane olduğunu bildirib. Onun sözlərinə görə, Amerika administrasiyası ən azı iki və ya üç şahidin danışmasına mane olur.
Qeyd edək ki, noyabrın əvvəlində Mayk Conson Baydenə qarşı impiçment qərarının tezliklə veriləcəyini bəyan etmişdi. O, qərarın sübutların nə olacağından və nəyə gətirib çıxaracağından asılı olaraq veriləcəyini əlavə etmişdi.
Xatırladaq ki, respublikaçılar əvvəllər dəfələrlə bəyan ediblər ki, Bayden ailəsi biznes maraqları naminə siyasi təsirdən istifadə etmək üçün şirkətlərdən, o cümlədən xarici şirkətlərdən vəsait alır. Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer bununla bağlı vurğulayıb ki, ABŞ-nin hazırkı prezidenti amerikalıların suallarına cavab verməli, xüsusən də qardaşı ilə maliyyə müqavilələrinin şərtlərinə və biznesdə əməkdaşlıq etdiyi digər qohumlarından böyük məbləğdə pul alıb-almadığına aydınlıq gətirməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2023, 15:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər