"Trendyol"a xərclənən pullar itirilir - İlham Əziz

"Trendyol" vasitəsilə Türkiyə iqtisadiyyatına bizdən Bakı-Ceyhan boyda kanal açılıb. Adamlar rəsmən Trendyol aludəçisi olub. İmkan oldu-olmadı sərhəd qoyulan məbləği doldururlar. Qadınlar "Trendyol"la yaşayır. Vəziyyət getdikcə bəla halını alır".
Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə yazıçı İlham Əziz yayıb.
O, "Trendyol"a xərclənən pulların itirildiyini bildirib:
"Deyə bilərsiz ucuzdu. Xub, amma və lakin biz yeyişimizi-geyişimizi bilməyən adamlarıq. Ordakı parıltılar, fotoeffektlər bizi tez aldadır. Lazım oldu-olmadı hər şeyi alırıq. Bu yatırım deyil, itirilən puldu. Elə-belə pul deyil, milyon dollarlardır. Guya iki ay "Trendyol"dan bir şey almasaq geyinməyə bir şey tapmayacağıq? Yalandı, puçdu".
İ.Əziz ailələrin durmadan kasıblaşdığını, pul itirdiyini bildirib:
"Başqa ölkələr kimi bizə banklar içində 5-10 min manatlıq kredit kartları paylasalar, ev-eşiyimizdən olarıq. Təklifim budur ki, "Trendyol"dan alış-veriş icazəsini ildə 1-2 aya salamaq lazımdır. Sənə hər fəsilə aid bir dəfə alış-veriş lazımdı, hər ay nə alırsan axı? Bu nə bədxərclikdi, bu nə axmaqlıqdı? Ailələr çətin maddi duruma düşəcək, vallah, məndən demək… Nəfsinizə sahib çıxın"…
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2023, 21:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB