Azərbaycanla Ermənistan arasında hərbçilərin mübadiləsi bu gün baş tutacaq?
“İrəvan dekabrın 13-də Bakıdan 32 məhbusun qaytarılmasını gözləyir, bu barədə qərar Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevin administrasiyalarının birgə bəyanatı çərçivəsində qəbul edilib”.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Müqavilələrdə heç bir dəyişiklik olmayıb, hazırda hər şey razılaşmalara uyğun gedir. Əgər fikir vermisinizsə, burada iki komponent var idi: əsirlərin mübadiləsi və iqlim konfransının komponenti. Dünən konfrans rəsmən başa çatdı, bu gün isə artıq ikinci komponentin icrasını gözləmək olar. Bizim Azərbaycan tərəfinin razılaşmalara əməl etməyəcəyini söyləməyə əsasımız yoxdur”, - Mirzoyan deyib.
Qeyd edək ki, dekabrın 7-də Ermənistanın Baş nazirinin dəftərxanası və Azərbaycan Prezidentinin Administrasiyası birgə bəyanat yayıb. Bəyanata görə, İrəvan və Bakı münasibətləri tənzimləmək və suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətlərini təsdiq ediblər. Bunun nəticəsi olaraq Azərbaycan tərəfi 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etməyə razılıq verib. Yerli KİV Ermənistanın azad edəcəyi azərbaycanlı hərbçilərin Aqşin Bəbirov və Hüseyn Axundov olduğunu açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-12-2023, 15:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər