reklam
Regionxeberlericom.az » Cəmiyyət » İTS çərçivəsində transplantasiya əməliyyatlarının sayı açıqlandı

reklam

İTS çərçivəsində transplantasiya əməliyyatlarının sayı açıqlandı
















“Bu günədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub. Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunan əməliyyatların dəyəri Agentlik tərəfindən həmin tibb müəssisəsinə ödənilir”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu vəsait 2023-cü ilin yanvar-noyabr ayları daxil olmaqla 211 milyon manat təşkil edib.

“Bu o deməkdir ki, vətəndaşların dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib. Bu, xidmətə əlçatanlığın göstəricisidir. Özəldə ən çox icra olunan əməliyyat və prosedurlar ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub. Biz icbari tibbi sğortanın tətbiqinə başlayanda 1829 tibbi xidmətlə başlamışdıq. Bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artıraraq 3315-ə çatdırmışıq. Yeni əlavə edilən xidmətlərin sırasında gələn transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır”, - deyə Z. Əliyev bildirib.




Paylaş:


Müəllif : Tarix:
14-12-2023, 14:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər