reklam
Regionxeberlericom.az » Cəmiyyət » PFL əməkdaşlarının son durumu - 2 nəfərin vəziyyəti ağırdır

reklam

PFL əməkdaşlarının son durumu - 2 nəfərin vəziyyəti ağırdır
















Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıYevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yaralıların son durumu barədə məlumat verilib.

“Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar”, - məlumatda qeyd olunub.




Paylaş:


Müəllif : Tarix:
16-12-2023, 12:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər