reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 17 dekabr

reklam

Bürclər- 17 dekabr














Qoç, 17 dekabr, 2023-cü il

Gün sakit keçməyəcək. Amma bütün bunlara baxmayaraq, ortaya çıxan bütün çətinlikləri mütləq dəf edəcəksiniz. Çünki bu çətinliklər ciddi deyil. Bundan əlavə hər hansı bir problemin öhdəsindən gəlmək üçün kifayət qədər bilik, təcrübə və enerji var.

Eyni zamanda unutmamalısınız ki, hətta kömək istəməsəniz belə,  ətrafınızdakılar sizə kömək etməyə çox hazırdırlar.

Gözlənilməz məbnələrdən nağd pul daxil olma ehtimalı var. Ola bilər ki, kimsə verdiyiniz borcu geri qaytaracaq. Və yaxud  əvvəllər gördüyünüz işlərə görə, almadığınız ödəmələr bu gün  sizə verə bilər.

Aldığınızı xərcləməyə tələsməyin. Tezliklə bu pul faydalı iş üçün sizə lazım ola bilər.

Buğa, 17 dekabr, 2023-cü il

Səhər vacib qərarlar qəbul etmək üçün əla zamandır. İntuisiya sizə ən yaxşı şəkildə necə davranacağınızı söyləyəcək. Onu dinləyin. Belə olarsa, arzularınıza çata bilərsiniz.

Bir müddət sonra insanlarla münasibətlərinizin necə inkişaf etdiyinə diqqət yetirməli olacaqsınız.

Uzun illər tanıdığınız biri sizə qəzəblənə, sizdən inciyə bilər. O insan birdən birə sizin hər adımınızdan narazı ola bilər.

Bu gün vəziyyəti sakitcə başa düşmək və yığılmış problemləri həll etmək şansı olacaq.  Axşam şəxsən sizinlə və ya yaxınlarınızla bağlı xoş xəbərlər alacaqsınız.

Əkizlər, 17 dekabr, 2023-cü il

Sakit gündür. Bu gün hansısa əlamətdar hadisə və ya mühüm xəbər almayacaqsınız.  Əvvəllər başlayan işləri başa çatdırmaq və yığılmış problemləri həll etmək imkanı olacaq. Köhnə tanışlarla ünsiyyət qurmaq xoş olacaq.  Uşaqlıq və gənclik dövründən dostlar, keçmiş həmkarlarla təsadüfi görüşlər gözlənilir. Onlarla danışıb, müzakirə etməyə çox mövzu var.

Günorta bəzi vacib məsələlər barədə düşünmək üçün əlverişli zamandır. Sizdən gizlədilsə belə, mürəkkəb məsələləri başa düşəcək və həqiqətin dibinə  qədər gedəcəksiniz.  Maliyyə məsələlərini də rahat şəkildə həll edə bilərsiniz. Bu sahədə kimsə sizi yoldan çıxara və ya çaşdıra bilməyəcək.

Xərçəng, 17 dekabr, 2023-cü il

Gün ərzində  mənasız narahatlıqlarınız yarana bilər. Bir çox hadisələr bir anda baş verəcək, ətrafınızdakı insanlar bəzən elə addım atacaqlar ki, özünüz də məəttəl qalacaqsınız.

Heç kimin kədərinə sevinməyin.  Bu sizin də başınıza gələ bilər.

Bu gün heç bir ciddi problem olmasa da, sizi narahat edən  hadisələr baş verə bilər.

Amma narahatlıq və təşviş işinizi görməyə mane olmamalıdır. Bu gün çoxdan başladığınız işi başa çatdırmaq şansınız olacaq və nəticə sizi qane edəcək. Axşam yaxınlarınızla ünsiyyət üçün əlverişli zamandır. Çox vacib sözlər, məlumatlar eşidəcəksiniz. Problemlər və anlaşılmazlıqlar keçmişdə qalacaq.

Şir, 17 dekabr, 2023-cü il

Uğurlu bir gün olacaq. Təkcə özünüz üçün deyil, başqaları üçün də çox faydalı işlər görməyə vaxtınız olacaq. Boş söhbətlərə vaxt itirməməyə çalışın. Həlli sizdən asılı olan konkret məsələləri müzakirə etməyə dəyər.

Şirlər günü uğurlu təsadüflərlə keçirəcəklər. Bu təsadüflərdən biri əvvəllər təkcə sizi deyil, yaxınlarınızı da narahat edən sualın cavabını tapmağa kömək edəcək. Axşam yaxınlarınızla ünsiyyət üçün münasibdir. Onları mükəmməl şəkildə başa düşür, kimin dəstəyə ehtiyacı olduğunu yaxşı bilirsən.

Qız, 17 dekabr, 2023-cü il

Bu gün bütün işləriniz yolunda olacaq.  Çünki siz bütün işləri yüksək səviyyədə görürüsünüz. Çətinliklər sizi qorxutmur, maneələr sizi planlarınızdan əl çəkməyə məcbur etmir. İnsanlar xarakterinizə, davranışlarınıza heyran olacaqlar.

Karyeranızla bağlı çox faydalı tanışlıqlar olacaq.

Sevdiklərinizə həvəslə kömək edir, çətin vəziyyətə düşənlərə dəstək olursunuz. Tanışlar tez-tez məsləhət üçün sizə müraciət edirlər. Onlar bilirlər ki, təcrübənizə etibar edə bilərlər. Ailə münasibətlərində yaxşılığa doğru dəyişikliklər gözlənilir. Son zamanlar sizi üzən fikir ayrılıqları ortaya çıxmışdı. Bu gün isə, onlardan əsər-əlamət qalmayacaq.

Tərəzi, 17 dekabr, 2023-cü il

Bu gün  bütün fikriniz işinizdə olsun. Çünki iş üçün əlverişli gündür. Amma buna baxmayaraq günün birinci yarısı məhsuldar olmayacaq.  İşdə gecikmələr, başladığınız işi vaxtında başa çatdırmağınıza mane olacaq fikir ayrılıqları ola bilər.

Müsbət tendensiyaların təsiri hər saat artacaq. Siz bunu hiss edir və böyük həvəslə hər şeyi qəbul edirsiniz.

Günorta bütün məsələləri danışmaq üçün yaxşı vaxtdır. Gələcəklə bağlı planları müzakirə edə, köhnə səhvləri təhlil edə və nəticə çıxara bilərsiniz.

Yüngül və xoş söhbətlər bu gün üçün deyil.

Əqrəb, 17 dekabr, 2023-cü il

Heç nə diqqətinizdən qaçmır. Hətta tez-tez başqalarının diqqətindən qaçanlara belə siz diqqət yetirirsiniz.

Müşahidə qabiliyyətiniz  hər bir yeni situasiyada tez hərəkət etməyə və səhvlərdən qaçmağa kömək edir.

Bütün məsələlərdə, hətta çox mürəkkəb olanlarda da əla nəticələr əldə edə biləcəksiniz.

Emosional fon qeyri-sabit olacaq. Bu gün başqa zaman diqqət yetirməyəcəyiniz məsələlər sizi narahat edəcək.  Bəzi Əqrəblər ən xırda şeylərə görə, belə qəzəbləndikləri üçün bu işlərinin öhdəsindən gəlməyi çətinləşdirir.

Yaxınlarınız sizi dəstəkləyirlər. Onlara eyni şəkildə cavab verməyə çalışın.

Oxatan, 17 dekabr, 2023-cü il

Sakit bir gün olacaq.Məhsuldar olmasa da, dincəlməyə və özünüzü bərpa etməyə imkan verəcək. Önəm verdiyiniz insanlarla ünsiyyət imkanı yaranacaq.

Bu insanlar sizə nəinki maraqlı bir şey haqqında danışacaqlar, həm də əla məsləhətlər verəcəklər. Gün planların müzakirəsi üçün əladır.

Bəzi Oxatanlar ən cəsarətli planların necə həyata keçirilə biləcəyini başa düşəcəklər.

Əvvəllər məşğul olduğunuz işlərə yenidən qayıda bilərsiniz. Bu, bir zamanlar tamamlaya bilmədiyiniz təhsil, hobbi və ya iş ola bilər. Bir çox insan sizə kömək etməyə hazır olacaq. Həm köhnə dostlaınız, həmdə yeni tanışlarınız hərzaman yanınızda olduqlarını hiss etdirəcəklər.

Oğlaq, 17 dekabr, 2023-cü il

Günün əvvəlində maraqlı görüşlər və xoş söhbətlər ola bilər. Bu, bir çox vacib məsələləri sakit və konstruktiv müzakirə edə biləcəyiniz və hamının bəyənəcəyi bir həll tapa biləcəyiniz bir dövrdür.

Bu dəfə də söhbətləriniz, görüşləriniz  məhsuldar olacaq. İndi fərqli nəticə verməyən işlərə daha diqqətli yanaşırsınız, buna görə də uğur şansınız artır.

Bir müddət keçdikdən sonra istirahət etmək üçün də zaman yetişəcək.  Fəaliyyətinizdə qısa bir fasilə verin.  Diqqətinizi yayındırmaq sizin üçün faydalı olacaq. Axşam saatlarında özünüzlə tək qalmaq, insanlarla ünsiyyətə ara vermək istəyə bilərsiniz.

Dolça, 17 dekabr, 2023-cü il

Narahat bir gün keçirəcəksiniz. Görüləsi min bir işiniz var və sizin çox vaxtınız yoxdur. Ən vacib işlərdən başlayın. Xırda işlərlə diqqətinizi yayındırmayın. Köhnə tanışlarıız sizə  kömək etməyə hazırdırlar.

Bir çox məsələlərdə onlara arxalana bilərsiniz. Yeni insanlarla tez anlaşmaq həmişə mümkün olmayacaq.

Amma ciddi münaqişələr də yaranmayacaq.

Pulla diqqətli davranmalısınız.  Bu gün siz onu düşünmədən xərcləməyə meyllisiniz. Bu gün əhəmiyyətsiz  işlərə pul xərcləyə bilərsiniz. Bütün satınalmalarda təcrübəsinə etibar etdiyiniz insanlarla məsləhətləşin.

Balıq, 17 dekabr, 2023-cü il

Günün başlanğıcı hadisələrlə dolu və maraqlı olacaq. Enerjilisiniz, bir yerdə oturmaq istəmirsiniz və hətta ən çətin işləri də həvəslə götürürsünüz. Ancaq həm öz imkanlarınızı, həm də başqalarının sizə kömək etmək istəyini düzgün qiymətləndirməlisiniz.

Belə olarsa, boş insanlara və boş işlərə ümidli olmazsınız.

Günün ikinci yarısı dincəlmək və işdən qaçmaq imkanı verəcək.  Xeyli sakit keçən bu saatlar dostlarla ünsiyyət üçün əlverişli zamandır. Birlikdə gəzə və ya harasa gedə bilərsiniz. Çoxlu müsbət emosiyalar alacaqsınız. Başqaları ilə yaxşı yola gedirsiniz.

Bu gün həm də, mübahisə etdiyiniz insanlarla barışa bilərsiniz.




Paylaş:


Müəllif : Tarix:
16-12-2023, 22:27
Sikayət   


loading...
Загрузка...