reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazirlik 5 milyon manata maşın və avadanlıq alır

reklam

Nazirlik 5 milyon manata maşın və avadanlıq alır


















Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibləri - “Koneks Construction” MMC və “ST Mark” QSC olub.

İdarə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə ümumilikdə 5 milyon 203 min 595 manat 65 qəpik ödəyəcək.

Belə ki, “Koneks Construction” MMC məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə 3 milyon 285 min 563 manat 21 qəpik,

“ST Mark” QSC isə ümumtəhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə 1 milyon 918 min 32 min 44 qəpik alacaq.

Nizamnamə kapitalı 10 manat olan “Koneks Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə, ev 39, mənzil 202-də yerləşir. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

Nizamnamə kapitalı 2 min manat olan “ST Mark” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 102A-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov Fərxan Məhəmmədhüseyn oğludur.





Paylaş:


Müəllif : Tarix:
17-12-2023, 19:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər