reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Özünün cavan qaldığını sübut etmək üçün gənclərlə dirəşən əbləhlər...”

reklam

“Özünün cavan qaldığını sübut etmək üçün gənclərlə dirəşən əbləhlər...”
















"Artıq televiziyaya baxan kütlə ən az 50 faiz azalıb (əslində isə 70 faiz, araşdırma nəticələri var)".

Bunu Baku TV-nin Qərbi Azərbaycan departamentinin rəhbəri, tanınmış teleaparıcı Turan İbrahimov sosial media hesabında qeyd edib.

"Yaşı 16-dan aşağı olan böyük bir çoxluğun artıq ekran qarşısında oturub verilişlərə baxmaq kimi bir vərdişi yoxdur, deməli, qismən klassik qaydada TV izləmək vərdişi hələ də qalanlar təbii-bioloji proseslə sıradan çıxırsa və onların yerini yeni nəsil doldurmursa, aydındır ki, televiziya ənənəvi-klassik mənada dövrünü bitirir. 

Əgər 2015-ci ilə qədər televiziyalar ictimai rəydə hakim idilərsə, artıq 2023-cü ildə bu, belə deyil. Məlum kütlə parçalanıb, bölünüb və TV-yə çox az hissə qalıb. Həm də ilbəil azalan hissə. Gələcək digital yayımdadır, platformalar müxtəlifdir, hazırda yutub daha əlçatan və praktikdir. 

Reallığı gözəl, bəlağətli cümlələrlə danmaq, alternativ reallıq yaradıb orada yaşamaq, populizmlə hədəf yayındırmaq sadəcə axmaqlıqdır. Dövr rasional qərarlar, praktik seçimlər və çevik davranışlar dövrüdür.

Televiziyaların əksər verilişlərindən, oradakı fraqmentlərdən ictimaiyyətin aktiv, dinamik, işində-gücündə olan, istehsal edən, bir sözlə, diri təbəqəsi sosial şəbəkələr vasitəsi ilə xəbərdar olursa, demək ki, televiziya artıq geriyə sayır.

Bunu qocalmaqdan qorxan madmuazellər, özünün cavan qaldığını sübut etmək üçün gənclərlə dirəşən əbləhlər kimi qarşılamaq aqil adam işi deyil… 

Qocalmaq əslində həm də yetkinləşmək deməkdir. Yetkinləşib mötəbər olmaq özü elə böyük bir şeydir. Televiziya bundan sonra ancaq mötəbər olarsa, bir şansı olacaq!"





Paylaş:


Müəllif : Tarix:
18-12-2023, 09:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər