reklam
Regionxeberlericom.az » Cəmiyyət » Onlar da prezidentliyə namizəd oldular

reklam

Onlar da prezidentliyə namizəd oldular
















Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlikləri irəli sürülüb.

Bu barədə partiyaların bu gün keçirilən iclaslarında qərar qəbul olunub.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 6-ya çatıb.

Qeyd edək ki, daha əvvəl Yeni Azərbaycan Partiyasından (YAP) İlham Əliyev,  Böyük Quruluş Partiyasından (BQP) partiya sədri, deputat Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc və Böyük Azərbaycan Partiyasından (BAP) partiya sədri Elşad Musayevin də növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.




Paylaş:


Müəllif : Tarix:
18-12-2023, 11:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər