“Əgər mən bu ada layiq deyiləmsə, nazirlik açıq şəkildə izah etsin”
Bədii qiraət ustası 17 ildir səhnədə “Əməkdar artist” kimi təqdim olunmasından narazıdır
Modern.az saytınında yayımlanan “Art Time” rubrikasının budəfəki qonağı məşhur bədii qiraət ustası Ağalar Bayramovdur...
Zamanın dərsini kimlər götürsə,
Yükünü xurcuna yerləşdirəcək.
Bu millət bu səsin ruhunu tutsa,
Bu para vətəni birləşdirəcək.
(Ələmdar Quluzadə)
- Ağalar müəllim neçə ildir bədii qiraət sənətindəsiniz?
- 1983-cü ildən bədii qiraət sənətindəyəm. Demək olar ki, ömrümün 36 ilini bədii qiraət sənəti ilə bərabər yaşamışam. 1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetini bitirmişəm. 1984-cü ildə, o vaxtkı rektor akademik Aslan Aslanov məni Universititetdə saxladı. Bu günə kimi həmin Universititetin “Səhnə danışığı” kafedrasında dosent olaraq çalışıram. Vaxtilə böyük sənətkarımız Həsənağa Turabov məni teatrda aktyor olaraq işə çağırsa da, getmədim. Sırf bədii qiraət sənəti ilə məşğul oldum. Mən sənətimi heç nəyə dəyişmərəm. Sənətimlə sözün həqiqi mənasında fəxr edirəm. Mənə qiymət versələr də, verməsələr də, son nəfəsimə kimi bu sənətlə yaşayacağam.
- Sənətinizə verilən qiymətdən söz düşmüşkən, layiq olduğunuz adı ala bilmisiniz?
- Mən xalqımın sevgisindən güc alıb yaşayıram. 36 ildə qarşıma hansı çətinliklərin çıxmasından asılı olmayaraq, nə öz sənətimi atdım, nə də onu daha gəlirli bir işlə əvəz etdim. Sənətimə verilən qiymətə gəlincə isə vurğulamaq istərdim ki, 2002-ci ildə Ulu öndərimiz Heydər Əliyev məni bədii qiraət sənətindəki xidmətlərimə görə “Əməkdar artist” fəxri adı ilə təltif etdi. Bu Ümummilli liderimiz tərəfindən nəinki mənə, ümümilikdə Azərbaycan bədii qiraət sənətinə verilən qiymət idi.
Qeyd edim ki bununla bağlı Ulu öndərimizə heç yerdən təqdimat getməmişdi. Onun bədii qiraət sənətinə xüsusi rəğbəti var idi, poeziyanı çox sevirdi və o, bütün incəsənət sahələri kimi, bədii qiraəti də həmişə diqqətində saxlayırdı. Mənimlə eyni zamanda “Əməkdar artist” adı alan musiqiçi və müğənnilərimizdən Aygün Bayramova, Aygün Kazımova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Firuz Əliyev sonradan “Xalq artisti” adı da aldı. Mən isə hələ də “Əməkdar artist” adını daşıyıram. Sanki Ulu öndərin ölümü ilə mənə və sənətimə verilən qiymət dayandırıldı. Amma mən bu günə kimi sənətdəyəm və heç vaxt fasilə vermədən işimi davam etdirirəm. Bu gün Mədəniyyət Nazirliyinin sənətimə qarşı sərgilədiyi laqeyd münasibət 36 ildir sənətdə olan bir insan kimi məndə təəssüf hissi yaradır.
- Bəs bu laqeyd münasibət nədən qaynaqlanır?
- Səbəbini bilmirəm. Əgər sənətdə naşı biri olsaydım, sakitcə bu sahədən uzaqlaşardım və heç bir umacağım da olmazdı. Mən bədii qiraət sənətində xidməti olan və bu sənətdə barmaqla sayılan sşəxslərdənəm.
Uzun illərdir ali təhsil ocağında sənətimi gənclərə təbliğ edirəm.
Bir çox dəyərli ziyalılarımız Mədəniyyət Nazirliyinə mənim fəxri ad almağımla bağlı müraciət edib, nazirlik isə bu müraciətləri uzun illərdir görməməzliyə vurur.
2014-cü ildə 60 illik yubileyimlə bağlı çox dəyərli ziyalılar - akademik Vasif Məmmədəliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Xalq artisti, görkəmli aktyor Rasim Balayev, rəhmətlik diçi alim, professor Tofiq Hacıyev, professor Nizaməddin Şəmsizadə, Xalq şairləri Fikrət Qoca, Musa Yaqub, Vahid Əziz, rəhmətlik Zəlimxan Yaqub, Əməkdar incəsənət xadimi, rəhmətlik Məmməd Aslan dövrü mətbuatda sənətim haqqımda çox yüksək fikirlər söyləyiblər.
Zamanında millət vəkilləri Azay Quliyev, şəxsiyyətinə çox hörmət etdiyim Qənirə Paşayeva mənim fəxri adımla bağlı nazirliyə müraciət ünvanlayıb, təəssüf ki, nazirlik yenə də susub...
Prezident Adminstratsiyasının o zamanki şöbə müdiri Fatma Abdullazadə də nazirliyə müraciət etmişdi, ona da bildirilib ki, məsələ diqqətdə saxlanılacaq və bu günlərdə baxılacaq. Hələ də baxılmaqdadır...
- Söz var, kəsdirər başı,
Söz var, kəsər savaşı...
Ağalar müəllim, özünüz rəsmi olaraq nazirliyə müraciət etmisiniz?
- Bəlkə də yeganə bədii qiraətçiyəm ki, sənətimə saysız-hesabsız poeziya nümunələri həsr olunub. Xalq şairi Musa Yaqub, Fikrət Qoca, Vahid Əziz, əməkdar incəsənət xadimi Məmməd Aslan, şairlər Ayaz Arabaçı, Eldar İsmayıl, Məcnun Göyçəli, Musa Ələkbərli, Əjdər Ol, Ramiz Qusarçaylı, Səadət Buta, Rüstəm Behrudi və başqaları sənətimə ünvanlanmış xüsusi şeirlər yazıblar.
Mən fəxri ad almağımla bağlı heç zaman kimlərəsə davamlı müraciət etməyimi doğru hesab etməmişəm. Fəxri ad paydır, pay üçün yalvarmazlar...
Cənab nazir Əbülfəs Qarayevlə aramızda heç bir problem yoxdur, hər zaman ona çox böyük hörmətim var. Nazirliyin rəsmiləri ilə dəfələrlə dövlət tədbirlərində görüşmüşəm. Həmişə mənə yaxınlaşıb əlimi sıxaraq, uğurlu çıxışıma görə təbrik edib gedirlər, amma cənab prezidentimizə fəxri adlarla bağlı təqdimat yazılanda nədənsə mən unuduluram.
Əgər mən xalqın sevimlisinə çevrilmişəmsə, niyə bu ad məndən əsirgənilir, niyə sadəcə nazirliyin təşəkkürüylə kifayətlənməliyəm? Əgər mən bu ada layiq deyiləmsə, nazirlik açıq şəkildə izah etsin. Mən dürüstlüyü sevən insanam.
Mən özüm nazirliyə müraciət ünvanlamasam da, haqqımda nazirliyə bir çox müraciətlər göndərilib. Nazirlik isə əsas gətirib ki, işlədiyi idarə və təşkilat tərəfindən müraciət daxil olduqdan sonra, Ağalar Bayramovun adı cənab prezidentə təqdim ediləcək.
2017-ci ilin aprelində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Mədəniyyət naziri Əbülfəs Qarayevə mənim “Xalq artisti” adı almağım üçün rəsmi məktub göndərib. 19 Aprel 2017-ci ildə Anar müəllimə nazir müavini Ədalət Vəliyevdən cavab gəldi ki, bu müraciətinizə baxılacaq. Çox təəssüf ki, Anar müəllimin mənimlə bağlı müraciətinə hələ də baxılır...
- Bu gün bir çox sənətçilər həyat şəraitlərinin ağırlığı və s. səbəblərdən dövlət başçısına şəxsən müraciət edirlər. Bəlkə siz də şəxsi təşəbbüs göstərərək, belə bri aadım atasınız...
- Çox xoşbəxtəm ki, mənim İlham Əliyev kimi dəyərli rəhbərim var. Azərbaycanımzın bugünkü inkişafı məhz onun uğurlu fəaliyyəti ilə bağlıdır.
Çox arzu edərdim ki, mənim “Xalq artisti” adımın qarşısında cənab prezident İlham Əliyevin dəyərli imzası olsun. Artıq 65 yaşım var və ömrümün müyyən hissəsini yaşamışam. Mən öləndən sonra haqqımda “sənətkar” deyilməsi, tədbirlər keçirilməsi və ya fəxri ad verilməsi gec ola bilər.
2019-cu il yanvarın 16-da mənim 65 yaşım tamam oldu. Nazirlik mənə nəinki fəxri ad, heç xüsusi mükafat belə təqdim etmədi. Bu etinasızlıq ulu Məmməd Arazın böyük Mirzə Cəlilə həsr etdiyi şeirindən bu misraları yadıma saldı:
Baxsam döz deyənə, döz deyilənə
Ağzımdan qapılar öz halal tikəm.
Dünya düzəlmir ki, düzəlmir, baba!
Çoxsaylı müraciətləri nəzərə alaraq, sənətimə qarşı nazirliyin ortaya qoyduğu soyuq münasibətlə bağlı Azərbaycan mədəniyyətinin himayədarı, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın saytına bu barədə məktub yazdım. Məhz bu məsələyə baxılması üçün 1-ci Vitse-prezidentin rəsmi saytı tərəfindən Mədəniyyət Nazirliyinə xüsusi müraciət ünvanlanıb.
- Bəs Mədəniyyət Nazirliyinin cavabı necə oldu?
- Əvvəlcə nazirliyin İncəsənət şöbəsi mənim sənət fəaliyyətimlə bağlı ətraflı məlumat istədi. Mən də 1983-cü ildən bu günə kimi sənət fəaliyyətim haqqında məlumatı yazılı şəkildə onlara təqdim etdim. Bu məsələyə yenə baxılmadığından, yenidən 1-ci Vitse-prezidentə yazılı şəkildə müraciət etdim. Bundan sonra Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl müəllim mənə məktub ünvanladı ki, fəxri adlar sənətdə müstəsna xidmətləri olan insanlara verilir...
Bu absurd məktuba cavab olaraq haqlı iradımı yazılı şəkildə bildirdim ki, bəs mənim 36 illik fəaliyyətim bədii qiraət sənətində olan müstəsna xidmət deyilmi? Nazirliyin təqdimatı ilə o qədər “Xalq artisti” adı alan insanlar var ki, onların bəzilərini qohumlarından başqa heç kəs tanımır. “Xalq artisti” adı alan sənətçilərin bir çoxu kənd-kəsəyə, el-oba arasına çıxsın, mən də.. Onda görək kimə xalqın məhəbbəti daha çoxdur.
Müğənnilərin bir çoxu fanoqramla kütlə qarşısında bir saatdan çox çıxış edə bilmir. Mən isə saatlarca xalqımız qarşısında fasiləsiz canlı olaraq çıxış edib, şeirlər söyləmişəm. Mütamadi olaraq ön və arxa cəbhələrdə əsgərlərimizin qələbə əzmini artırmağa çalışmışam. Qışın ən soyuq günlərində, müharibənin ən qızğın dövrlərində belə yorulmadan cəbhəyə yollanmışam. Dövlətimi və xalqımı xarici ölkələrdə təbliğ etmişəm və mükafatlarla geri qayıtmışam. 2001-ci ildə “Qızıl Qılınc”mükafatına, 2003-cü ildə “İlin ən ciddi sənətkarı” diplomuna, 2019-cu ildə “Məmməd Araz” mükafatına layiq görülmüşəm. Brüssel, Stokolm, London, Tiflis, Dərbənd, Amsterdam, Moskva, Astana kimi bir çox şəhərlərdə xüsusi proqramlarla çıxış edib müstəqil Azərbaycanımızı təbliğ etmişəm. Mən vətənimin fədaisi olmuşam, dövlətimi və dövlətçiliyimi həmişə tərənnüm etmişəm. Daha nə etməliyəm ki...
Bu gün Azərbaycanda ifaçılar, müğənni və aktyorlar həddindən artıq çoxdur, amma bədii qiraətçilər barmaqla sayılır.
Bu gün mən 65 yaşımı adlamışam, əl-qolumun sağlam, səsimin gur vaxtında nə prezident mükafatı, nə mənzil, nə də “Xalq artisti” adı qismətim olub...
- Sizə fəxri ad verilməməsinə səbəb bədii qiraət sənətinin populyarlıq qazanmaması ola bilər?
- Bədii qiraət sənəti bütün dövrlərdə populyar ola biləcək gücə malikdir. Bu sənətdə çalışmaq çox çətindir, zəhmət çox, qazanc isə çox azdır. Elə məhz bu səbəbdən də, sənətdə olan insanlar bütün dövrlərdə barmaqla sayılır. Rus bədii qiraətçisi Zaquşnyak deyirdi ki, bədii qiraət bir nəfərin teatrıdır. Bu sənətdə bir nəfər danışır və milyonlar ona qulaq asır. Bu sənətə əsla dırnağarası baxmaq olmaz. Çoxları bədii qiraəti şeir deməklə qarışdırır. Amma bu əsla belə deyil. Şeir demək bədii qiraətçi olmaq deyil. Bütün obrazlar qalareyasını bədii qiraətçi özündə birləşdirir: səs, görmə kinolenti, təklif olunmuş vəziyyət, ünsiyyət-bədii qiraətçi bütün bu elementləri özü birləşdirir. Kazım Ziya, Müxlis Cənizadə, Həsən Əbluc, Mikayıl Mirzə, İlham Əsgərov, Əminə Yusifqızından sonra bu sənəti ləyaqətlə davam etdirməkdəyəm.
Bunu necə danmaq olar?
Yadıma Göyçay torpağında uyuyan, rəhmətlik Əli Kərimin bu misraları düşdü:
Bəzən haqq qazanır insan öləndə,
Hətta, unudulur ağır günahı.
Deyirlər: Bilsəydik ayıq olardıq,
Onu qoyardıqmı heç gözdən iraq?
Nə bilək, o belə az yaşayacaq...
Eh... Bu gün nə qədər xəyala daldım,
Eh... qəlbim nə qədər alışdı, yandı.
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi ?...
Paylaş:
Müəllif : Yazar
Tarix:6-09-2019, 16:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-09-2019, 16:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22