reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baydenin oğlunun məhkəmə tarixi məlum oldu

reklam

Baydenin oğlunun məhkəmə tarixi məlum oldu


















ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden 11 yanvar 2024-cü ildə Kaliforniya ştatının federal dairə məhkəməsində vergidən yayınma ittiahamı ilə hakim qarşısına çıxacaq.

“Reuters” xəbər verir ki, Kaliforniya Mərkəzi Dairəsi üzrə Federal Məhkəmənin iş qrafikinə əsasən, bu iş üzrə ilk məhkəmə iclası yanvarın 11-də yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə yanvarın 12-si saat 1:00-da) baş tutacaq.

Qeyd edək ki, dekabrın əvvəlində Hanter Baydenə qarşı vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb. O, 2016-cı ildən 2019-cu ilə qədər 1,4 milyon dollar məbləğində vergi ödəməyib. Amerika liderinin oğlu həmçinin saxta vergi bəyannamələri verməkdə ittiham olunub. Prokurorların fikrincə, Hanter Bayden vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib.

Agentliyin məlumatına görə onu bu ittihamlara görə, 17 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Hanter Bayden əvvəllər silah saxlamaqla bağlı da üç cinayətdə ittiham olunub.




Paylaş:


Müəllif : Tarix:
19-12-2023, 14:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər