reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şənliklərə görə Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq – KİV

reklam

Şənliklərə görə Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq – KİV


















Yeni il ərəfəsində Şuşaya girişin məhdudlaşdırılacağı bildirilir.

Bu barədə Axar.az məlumat yayıb.

Sayt bildirir ki, bayram günlərində (31dekabr – 2 yanvar) fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.

Qeyd olunur ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.

“Şuşa şəhərindəki otellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən otellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, daha əvvəl mətbuatda bayram günlərində Şuşada təşkil olunacaq Yeni il şənliyində iştirak etmək üçün təyin olunan qiymət müzakirələrə səbəb olmuşdu. Belə ki, iddiaya görə Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərlik paket üçün 2500-3500 manat sərf etməli olacaqlar.




Paylaş:


Müəllif : Tarix:
20-12-2023, 12:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər