Azərbaycanda qızılca ilə bağlı SON DURUM
"Qızılcanın müalicəsi ilə bağlı dərman təminatı ən yüksək səviyyədədir".
Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, hazırda ölkədə qızılca ilə bağlı vəziyyət stabildir:
"Vətəndaşların qızılca ilə bağlı tibb müəssisələrinə müraciətləri qeydə alınır. Bizim çağırışımız budur ki, valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərlərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa stasionar müalicəyə cəlb olunacaqlar, bunun üçün şərait də var. Çarpayı fondumuz kifayət qədərdir. Xəstəxanalarda heç bir sıxıntı yoxdur. Vətəndaşlar övladlarında yaranmış hər hansı bir simptomun aradan qaldırılması, xəstəliyin müalicəsi ilə bağlı çox rahatlıqla həm sahə həkimlərinə, həm infeksion bölmələrə, həm də xəstəxanalara müraciət edib tibbi xidmətlər əldə edə bilərlər.
Bu gün bizim aşkar etdiyimiz odur ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər. Biz bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir. Çağırışımız ondan ibarətdir ki, övladında hansısa simptom müşahidə edən valideynlər dərhal tibb müəssisələrinə müraciət etsinlər", - Vüqar Qurbanov qeyd edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-12-2023, 15:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər