reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mixail Fridman Ukraynada axtarışa verildi

reklam

Mixail Fridman Ukraynada axtarışa verildi













Ukraynanın Təhlükəsizlik xidməti rusiyalı iş adamı Mixail Fridmanı ölkədə axtarışa verənlər siyahısına salıb.

Bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin saytında dərc olunub.

Fridman konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və devirmək və ya dövlət hakimiyyətini ələ keçirmək (Ukrayna Cinayət Məcəlləsinin 110-2-ci maddəsinin 3-cü hissəsi) məqsədi ilə törədilən hərəkətləri maliyyələşdirməkdə ittiham olunaraq axtarışa verilib. Bu maddəyə əsasən, Fridmanı 8 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Mixail Fridman “Alfa Group”un yaradıcılarından biridir. Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra iş adamı Aİ-nin sanksiyalarına məruz qalıb. Aİ bu qərarını Fridmanın Rusiya hökumət dairələrindəki əlaqələri ilə izah edib. Böyük Britaniya və ABŞ da ona qarşı sanksiyalar tətbiq edib.




Paylaş:


Müəllif : Tarix:
21-12-2023, 08:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər