İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən-hansı əsaslar nəzərə alınmalıdır?
Bu sual da əmək münasibətlərində bir çox hallarda əmək mübahisəsi olur və məhkəmə predmeti yaradır.İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən-hansı əsaslar nəzərə alınmalıdır?
1.Bu halda işəgötürən tərəfindən: AR Əmək Məcəlləsinin 79-cu maddəsinə qeyd olunan işçilərlə əmək müqaviləsi ləğv edilə bilməz, bu Məcəllənin 87-ci maddəsində nəzərdə tutulan güzəştlər nəzərə alınmalıdır.
2.Əmək Məcəlləsində nəzərdə tutulan işçilər istisna olmaqla, digər bütün işçilər arasında ayrı seçkilik edilə bilməz.
3. Bu halda Həmkarlar İttifaqları Təşkilatının razılığı əvvəlcədən alınmalıdır.
4. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarının həyata keçirilməsi üçün - müvafiq əsaslar olmalıdlr.
5. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı ın həyata keçirilməsi - əmrlə müvafiq qaydada əsaslandırılmalıdır.
6. İşçilərin peşəkarlıq səviyyəsi - əvvəlcədən müəyyən edilməlidir.
7. AR Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən, ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.
8. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
9. Əmək Məcəlləsində peşəkarlığın hansı qaydada müəyyən edilməsi çox təəssüf ki, birbaşa olaraq göstərilmir.
10. Bu halda işəgötürən tərəfindən işçinin qeyd olunan peşəkarlığı aşağıdakı qaydada müəyyən edilə bilər:
Peşəkarlığın düzgün və ya qanuni həyata keçirilməməsi, işəgötürənin əmrinin ləğv edilməsi ilə nəticələnə bilər.
Peşəkarlığın müəyyən edilməsi işəgötürənin əvvəlcədən müəyyən etdiyi hər bir kriteriya üzrə müəyyən ballar üzrə hesablanmaqla təyin edilə bilər.
İşçinin əmək vəzifələrini, xüsusən də əmək funksiyalarını hansı səviyyədə və ya qaydada yerinə yetirməsi, bu sahədə nailiyyətləri, hər ilin nəticəsinə görə əmək fəaliyyətinin və ya işlərinin qiymətləndirilməsi,
Təhsili, əmək funksiyalarını yerinə yetirmək qabiliyyəti və bacarığı, taarif vəzifə dərəcəsi, işə davamiyyəti,işlə əlaqədar aldığı sertifikat, tərifnamə və digər mükafatlar, peşəkarlığı ilə əlaqədar əmək haqqına əlavə və mükafatlar,
Əmək funksiyasının yüksək səviyyədə yerinə yetirməsi ilə əlaqədar aldığı birdəfəlik pul mükafatları, iş stajı, müəssisənin daxili nizam intizam qaydalarına əməl etməsi, əmək intizamı məsuliyyətinə cəlb olunması və sair kriteriyalar.
Bu və işəgötürənin təyin etdiyi digər əsas və ya kriteriyalar işəgötürən t-n əhəmiyyətinə görə əvvəlcədən ardıcıl olmaqla, ayrı seçkilik salınmadan və bütün işçilər üçün eyni qaydada tədbiq edilməklə işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilə bilər.

11. Peşəkarlığın müəyyən edilməsi və ya əmək müqaviləsinun ləğvi ilə əlaqədar işçi müvafiq qaydada məhkəməyə müraciət edə bilər.
Teref.info
Paylaş:
Müəllif : Fuad
Tarix:21-12-2023, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər