Hesab 85 min, bəxşiş 175 min – Abramoviçin İstanbul ziyafəti
Rusiyalı milyarder Roman Abramoviç ötən axşam dostları ilə getdiyi İstanbulun Anadolu Hisarı bölgəsindəki restoranlardan birində təntənə ilə qarşılanıb.
Yeniavaz.com Türkiyə mediasına istinadla xəbər verir ki, xidmətdən razı qalan Abramoviç restorandan çıxarkən 175 min lirə (təxminən 10 min 200 manat) bəxşiş paylayıb.
Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Avropa və ABŞ-nin sanksiyaları ilə üzləşən rusiyalı milyarder Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satdıqdan sonra İngiltərədən köçüb. Ötən aylarda İstanbulda ev alan Abramoviç bu dəfə ötən axşam getdiyi yerdə ödədiyi hesabla gündəmə gəlib.
Məşhur iş adamı ötən axşam Beykoz rayonunun Anadolu Hisarı bölgəsindəki restoranlardan birində olub. Adana, yağlı qara, küşləmə və qanad kababları yeyən iş adamı və dostları uzun müddət söhbət edib.
Abramoviç 85 min lirəlik (təxminən 4 min 955 manat) hesabı ödəyərkən ofisiantlara 175 min lirəlik (təxminən 10 min 200 manat) bəxşiş paylayıb. Ümumilikdə 260 min lirə (15 min 155 manat) ödəyən Abramoviç mühafizəçi ordusunun müşayiəti ilə restoranı tərk edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-12-2023, 19:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər