reklam
Regionxeberlericom.az » Cəmiyyət » SOCAR “Equinor” şirkətinin satışa çıxardığı aktivləri aldı

reklam

SOCAR “Equinor” şirkətinin satışa çıxardığı aktivləri aldı


















22 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.

“Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.

İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.

Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, SOCAR-ın “Equinor”a məxsus aktivlər üçün nə qədər vəsait ödəyəcəyi barədə məlumat verilməyib.

Lakin xatırladaq ki, bu ilin avqust ayında “Bloomberg” agentliyi “Equinor” şirkətinin  Azərbaycandakı aktivlərini satışa çıxarması barədə məlumat yayıb. Həmin məlumatda bildirilib ki, “Equinor”un Azərbaycandakı 1 milyard dollar dəyərindəki aktivlərinin potensial satışını araşdırır.




Paylaş:


Müəllif : Tarix:
22-12-2023, 17:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər