reklam
Regionxeberlericom.az » Cəmiyyət » Lalə Şövkət Prezident seçkisində kimi dəstəkləyəcək?

reklam

Lalə Şövkət Prezident seçkisində kimi dəstəkləyəcək?















Özünü buraxmış Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət Hacıyeva uzun müddətdir ki, siyasi proseslərdən kənardadır. 

Onun 2024-cü il fevralın 7-də keçirləcək növbədənkənar Prezident seçkilərində iştirak edib-etməyəcəyi və ya hansı namizədi dəstəkləyəcəyi maraqlıdır.

Modern.az-ın əməkdaşı bununla əlaqədar fəaliyyətini dayandırmış Liberal Partiyasının sonuncu sədri Əvəz Temirxanla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Ə.Temirxan Lalə Şövkətin seçkilərdə iştirak etməyəcəyini söyləyib:

“Lalə Şövkət namizəd kimi seçkilərdə iştirak etməyəcək. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar seçkilərdə kimi dəstəkləyəcəyi ilə bağlı da hələ bir fikir bildirməyib”.

Xatırladaq ki, Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılıb. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib.

Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib. 





Paylaş:


Müəllif : Tarix:
22-12-2023, 18:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər