“Sİnəsi açıq, “yubka”sı dizindən iki qarış yuxarı...” - Xalq şairi sərt danışdı
“Xalq şairi adını xalqın adından danışım deyə qazanmışam”.
Bu sözləri “Yeni Sabah”a Xalq şairi Vahid Əziz bildirib. O, gənclərlə yaşlı nəsil arasında olan mübahisələrdən və anlaşılmazlıqdan danışıb:
“Nəsillərin mübahisəsi hər zaman olub. Bu təbii prosesdir. Həm ədəbiyyat, həm mədəniyyət sahəsində, həm də insanı münasibətlərdə bunu müşahidə etmək mümkündür. Məsələn, biz cavan vaxtımızda özümüzdən əvvəlki şairləri inkar edirdik. Bu əslində özümüzü təsdiq edib, “mən də varam” demək üçün idi. Ancaq illər keçdikcə biz gördük ki, onlar həqiqətən böyükdür, nahaq yerə sələflərimizi tənqid etmişik və səhvimizi qəbul etdik.
Hazırkı mübahisənin səbəbi isə sovet dövrü ilə bağlıdır. O vaxt hər şey başqa cür idi. O zamanlar bir televiziya kanalı vardı. Həmin kanalda efirə çıxan diktor isə hər kəsə örnək idi. O dövrün qızları sözügedən kanalda fəaliyyət göstərən aparıcıların geyim tərzinə baxıb nümunə götürər, oğlanlar da onlar kimi geyinməyə çalışardılar. Qayda-qanun, ədəb-ərkan var idi. İndi televiziya kanallarında qadın aparıcılar sol çiynindən sinəsinə qədər bir tərəfin açır, o biri tərəfin bağlayır, "yubka"sı isə dizindən iki qarış yuxarı... İndiki qızlarımıza da onlar örnək olur. Bir başqa məsələ isə, müğənnilərə efirdə verilən bahalı hədiyyələrdir. Bir də görürsən, hansısa müğənniyə hansısa oliqarx maşın açarı verir. Gənclərimiz də düşünür ki, oxumaqla və belə geyinməklə maşın qazanmaq olursa, mən də belə edə bilərəm. Kişi aparıcılar və müğənnilər isə efirə saqqallı çıxırlar. Heç kim də bu hallara nəzarət etmir. Görünür, I Pyotrun vaxtındakı kimi, Azərbaycanda da saqqal vergisi qoymaq lazımdır. Çünki bilinmir, bunlar keşiş məktəbindən gəliblər, yoxsa Azərbaycan vətəndaşıdırlar”.
Xalq şairi efirlərdəki aparıcıların dil normalarına əməl etmədiyini vurğulayıb:
“Təkcə geyim və saqqalla bağlı yox, eyni zamanda Azərbaycan dili ilə bağlı da ciddi şəkildə efirlər səhvlərə yol verirlər. Başqa dillərdən olan sözlərdən istifadə edirlər. Dövlət başçısının ana dilinin qorunması ilə bağlı 2018-ci ildə qəbul etdiyi sərəncama əməl etmirlər. Cəsarətlə dediyim bir həqiqət var. Alışmışıq ki, bizə göstəriş verilsin. Qulağımızdan tutub, aparmalıdırlar ki, bunu belə yox bu cür et. Mərkəzi Komitənin Mətbuat Bölməsinin müdiri olduğum vaxtlarda televiziyaya gedərək sözümü deyirdim. Hazırda da, televiziya kanallarının əməkdaşlarını çağırıb, başa salmaq lazımdır”.
Vahid Əziz qeyd edib ki, ondan kim incisə də, şair həmişə öz sözünü və həqiqətləri deməyə davam edəcək:
“Televiziya kanalları, sosial şəbəkələrdə kim nə istəyir deyir və paylaşır. Bir də açırsan telefonu, görürsən ki, ədəbsiz şəkillər paylaşırlar. Kişilərə məsləhət verirlər ki, bunu etsəniz, özünüzü kişi kimi hiss edəcəksiniz, ya da qadınlara tövsiyə edirlər ki, belə davransanız kişilər sizinlə xoş rəftar edəcək. Zəmanə korlanıb.
Dövlət başçımız, Ali Baş Komandanın rəhbərliyi, güclü iradəsi və qətiyyəti ilə 200 ildən sonra ilk dəfə Azərbaycan bütöv dövrünü yaşayır. Bundan sonra yolumuz dədə-baba torpaqlarımıza, Qərbi Azərbaycanadır. Amma tək bununla iş düzəlmir. Qazanılan nailiyyətləri qoruyub-saxlamaq ən vacib məsələdir. İdeoloji iş görmək, əxlaq və mənəviyyatımızı təmizləmək lazımdır. Bunları dilə gətirəndə deyirlər ki, Vahid Əziz narazıdır, giley-güzar edir. Prezidentimiz mənə Xalq şairi fəxri adını ona görə verməyib ki, ayda 200 manat pul alıb, şeşələnib gəzim. Mənə bu ad, xalqın adından sözümü demək üçün verilib. Bunu hər kəs etməlidir. Mən sözümü deyirəm və həmişə də deyəcəyəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2023, 14:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər