reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ağdamda 3 kəndin təməli qoyuldu

reklam

Ağdamda 3 kəndin təməli qoyuldu


















Prezident İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndinin təməlini qoyub. Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib: “Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək”.

Prezidenti Ağdam rayonunun Salahlı Kəngərli kəndinin də təməlini qoyub.

Bildirilib ki, kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək:

“Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır”.

İlham Əliyev, həmçinin Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində də iştirak edib.

Bildirilib ki, kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub:

“Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq”.





Paylaş:


Müəllif : Tarix:
24-12-2023, 18:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər