
Sabah Bakıda 18 dərəcə isti olacaq
Dekabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qeyd olunub ki, mülayim cənub-qərb küləyi əsəcək.
“Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq”, - məlumatda deyilir.
Paylaş:
Oxşar Xəbərlər


Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…
