reklam
Regionxeberlericom.az » Cəmiyyət » Pasportsuz 500 dollardan artıq satmaq mümkün olmayacaq

reklam

Pasportsuz 500 dollardan artıq satmaq mümkün olmayacaq


















“Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”, “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər” və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” təsdiq edilib.

“Trend” xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Qərara əsasən, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması” təsdiq edilib.

“Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər” təsdiq edilib.

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” təsdiq edilib.

Ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizənin forması”nın təsdiq edilməsi barədə” 2017-ci il 21 dekabr tarixli 47/3 nömrəli, “Girov vəsaitinin geri alınmasına dair rəyin forması”nın təsdiq edilməsi barədə” 2017-ci il 21 dekabr tarixli 47/4 nömrəli, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 21 dekabr tarixli 47/1 nömrəli və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə 2018-ci il 08 oktyabr tarixli 1851100012 nömrəli qərarları ləğv edilib.

Hüquq departamentinə tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydalarına əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

Valyuta mübadiləsi məntəqələrində aşağıdakı valyuta mübadiləsi əməliyyatları həyata keçirilir:

Nağd xarici valyutanın nağd milli valyuta ilə alınması və satılması;

Bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;

Xarici valyutanın nağd qaydada dəyişdirilməsi.

Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq olmamalıdır.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.




Paylaş:


Müəllif : Tarix:
25-12-2023, 19:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər