Gürcüstan Avropaya inteqrasiya üzrə planını təqdim edib
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Avropa İttifaqına (Aİ) üzvlüyə nail olmaq üçün konkret fəaliyyət planı olan sənədin baxılması üçün Avropa Şurasına göndərildiyini açıqlayıb.
O, jurnalistlərlə görüşdə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti ilə yaxınlaşmanın sənədin əsas komponentlərindən biri olduğunu söyləyib.
“Gürcüstan ümumilikdə Avropa İttifaqının xarici siyasətinə uyğundur, hərçənd bizim xarici siyasətimiz prizmasından baxıldıqda özündə ölkəmizin ərazi bütövlüyü və suverənliyi üçün risklər daşıyan həssas məsələlər də var”, - İ.Darçiaşvili bildirib.
O, dezinformasiya ilə mübarizə üçün kommunikasiya strategiyasının qəbulundan, həmçinin Gürcüstanda siyasi qütbləşmənin yumşaldılması və müxalifətin qanunvericilik prosesinə daha fəal cəlb edilməsi planlarından danışıb.
“Bizim əsas məqsədimiz odur ki, bu islahatlar dönməz olsun və Gürcüstan, hökumətimiz addım-addım bu islahatları həyata keçirsin”, - XİN başçısı vurğulayıb.
Mənbə: 1tv.ge
Paylaş:
Müəllif : Fuad
Tarix:25-12-2023, 23:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər