reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tələbə və təqaüdçülərə VACİB XƏBƏR: Yeni güzəştlər TƏTBİQ OLUNACAQ?

reklam

Tələbə və təqaüdçülərə VACİB XƏBƏR: Yeni güzəştlər TƏTBİQ OLUNACAQ?












Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatdan istifadə edən bir qrup sərnişinlərə güzəştlər tətbiq edilir. Güzəştlər kateqoriyasında təmsil olunanlara tələbələr, müəllimlər, bir qrup dövlət işçiləri, pensionerlər, veteranlar, hətta jurnalistlər də daxildir.

Məsələn, qonşu Türkiyədə nəqliyyatda tələbələrə və şagirdlərə 60 faiz, 60-65 yaş arası insanlara 50 faiz, 65 yaşdan yuxarı təbəqə, eyni zamanda polis, əsgər və.s üçün pulsuz güzəştlər tətbiq edilir. Bundan əlavə, ictimai nəqliyyatdan daha çox istifadə edənlər üçün gündəlik, həftəlik və aylıq kartlar var. Bu kartlar vasitəsilə ay ərzində istədiyin qədər ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir.

Azərbaycanda belə bir güzəştlər nəyə görə yoxdur? Parlamentdə belə bir təklif irəli sürülübmü və ya müzakirə olunurmu? Ölkədə belə qruplar üçün hansısa başqa güzəştlər var?

Bu mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlama verib.

“Bu məsələ, doğurdan da, həssas məsələdir. Məsələn, Türkiyədə təqaüddə olan şəxslərə bələdiyyə avtobusları üçün xüsusi bir vəsiqə verilir ki, onlar bu nəqliyyat vasitəsindən ödənişsiz formada istifadə edirlər. Lakin bizdə bələdiyyə fəaliyyəti sıfıra bərabərdir və buna görə də bələdiyyə avtobusu anlayışı da nəzərdə tutulmayıb. Lakin tələbələr, təqaüdçülər və s. bu kimi həssas qruplar üçün güzəştlərin edilməsi lazımlıdır. Bizdə ictimai nəqliyyat, əsasən, dövlət quruluşlarının nəzarəti altındadır, bəzi adı özəl olan qurumlar da var ki, onlar publik hüquqi şəxs kimi fəaliyyət göstərirlər”.

Deputat qeyd edib ki, ictimai nəqliyyat sektorunun əsas hissəsi publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyinə görə həssas təbəqələrə güzəştlər edilməsində maraqlı deyillər.

“Eyni zamanda əlillər üçün ictimai nəqliyyatdan istifadə etmək böyük bir problemdir. Demək olar ki, əlil şəxslər ümumiyyətlə metrodan istifadə edə bilmirlər. Bunların heç biri Azərbaycan ictimai nəqliyyatında nəzərə alınmayıb. Parlamentdə də həssas qrupların nəqliyyatdan istifadəsinin təmini dəfələrlə müzakirəyə qaldırılıb. Lakin güzəştlər edilməsinə qaldıqda isə bələdiyyənin büdcəsi olmadığına görə, belə bir xidmətin göstərilməsi hələ ki, mümkün deyil”.

 




Paylaş:


Müəllif : Tarix:
26-12-2023, 09:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər