“Blu TV” rəsmən satıldı – Yeni sahibi kimdir?
Türkiyə Rəqabət Şurası onlayn məzmun platforması olan “BluTV”nin satışını təsdiqləyib.
Türkiyə KİV xəbər verir ki, məşhur iş adamı Aydın Doğanın nəvəsi Aydın Doğan Yalçındağ tərəfindən qurulan platforma ABŞ-də yerləşən “Discovery” şirkətinə satılıb. Beləliklə, “BluTV” ABŞ-nin “Discovery” şirkəti vasitəsi ilə “Warner Bros. Discovery” şirkətinin mülkiyyətinə çevrilib.
ABŞ-nin “Discovery” şirkəti “BluTV”nin bəzi səhmlərini ötən il alıb. Bu il isə ayın əvvəlində dünya nəhəngi imzalanan müqavilə ilə bütün şirkətə sahib olub.
“Blu TV” 2015-ci ildə Aydın Doğanın böyük nəvəsi Aydın Doğan Yalçındağ tərəfindən təsis edilib. Yalçındağ ABŞ-nin aparıcı sənədli film kanallarından biri olan “Discovery”nin “Blu TV”yə sərmayə qoymasından və keçid prosesinin tamamlanmasından sonra 9 yanvar 2023-cü ildə baş direktor vəzifəsindən ayrılıb.
Qeyd edək ki, “Warner Brothers” və ya sadəcə olaraq “Warner Bros.” dünyanın ən böyük film istehsalı və televiziya yayımı şirkətlərindən biridir. “Warner Bros.” AT&T-nin “WarnerMedia” qrupunun törəmə şirkətidir.
Baş ofisi ABŞ-nin Kaliforniya ştatının Burbank şəhərində yerləşən şirkət 1923-cü ildə Harri, Albert, Sem və Cek Uorner qardaşları tərəfindən qurulub. Amerika kino sənayesinin böyük şirkətlərindən biri olan “Warner Bros.” öz adını “Warner Brothers”dən götürüb. Şirkət həm də Amerika Kino Filmləri Assosiasiyasının (MPA) üzvüdür.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2023, 15:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı