reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hündür ağacların altında dayanmayın - Güclü küləklə bağlı xəbərdarlıq

reklam

Hündür ağacların altında dayanmayın - Güclü küləklə bağlı xəbərdarlıq


Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib. 

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır. 

Gülşad Məmmədova deyib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin yanında, hündür ağacların altında dayanmaq məsləhət görülmür. Külək zamanı əhalinin ehtiyatlı olması tövsiyə olunur.




Paylaş:


Müəllif : Tarix:
28-12-2023, 09:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər