Qaluzin Qarabağdakı sülhməramlılardan danışdı
“Moskva Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın ərazisi kimi tanımaq qərarından sonra Rusiya sülhməramlılarının burada olması ilə bağlı bütün məsələləri nəzərdən keçirir”.
Bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağ münaqişəsi zonasına yerləşdirilib.
“Heç kim bu sənədi ləğv etməyib. Sülhməramlılarımızın bölgədə 5 il, yəni 2025-ci ilin noyabrına qədər, müddətin daha da uzadılması imkanı ilə qalması nəzərdə tutulur”, - deyə o əlavə edib.
“Təbii ki, 2022-ci ilin oktyabrında Praqa görüşündən başlayaraq Aİ-nin himayəsi altında keçirilən sammitlərdə Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın mülkiyyəti kimi tanıması qərarından sonra yerdə vəziyyət kəskin şəkildə dəyişdi”, - Qaluzin qeyd edib.
“İndi biz sülhməramlıların Qarabağda olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv mühitdə baş verir”, - o vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-12-2023, 12:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər