reklam
Regionxeberlericom.az » Cəmiyyət » Lukaşenko Putinə yumurta göndərməyi tapşırdı

reklam

Lukaşenko Putinə yumurta göndərməyi tapşırdı














Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə toyuq yumurtası göndərməyi tapşırıb.

Bu barədə “Birincilər hovuzu” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Lukaşenko Minskdə “Vitebsk” broyler quşçuluq fermasının şirkət mağazasına baş çəkib. O, fermanın baş direktorundan məhsulun mövcudluğu ilə bağlı maraqlanıb. Müsbət cavab aldıqdan sonra o, Rusiyaya da məhsul göndərməyi tapşırıb.

“Toyuqlarınız var? Bəs yumurta? Bunu Putinə çatdırmaq lazımdır”, - Lukaşenko bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin sammitində belaruslu həmkarına “xəsislik etməməyi” və ölkəsində yumurta çoxdursa, Rusiyaya da göndərməyi təklif etmişdi.

Xatırladaq ki, dekabrın 14-də illik mətbuat konfransında Rusiya lideri toyuq yumurtasının kəskin bahalaşmasına görə ruslardan üzr istəmiş, qiymət artımının hökumətin işindəki problemlərdən irəli gəldiyini və qiymətlərlə bağlı vəziyyətin qısa bir vaxtda düzələcəyini bildirmişdi.




Paylaş:


Müəllif : Tarix:
30-12-2023, 14:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər