reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 1 yanvar 2024

reklam

Bürclər- 1 yanvar 2024














Qoç

İl, ay, gün ruhlandırıcı xəbərlər və maraqlı təkliflərlə başlayacaq. Uğur çox yaxınlığınızdadır. Arzularınızın çoxu tezliklə gerçəkləşə bilər. Bu, öz-özünə baş verməyəcək. Siz hərəkətə keçməyə hazırsınız.

Dostlar və müttəfiqlər kömək etməkdən məmnun olacaqlar.

Günün ortası işgüzar görüşlər, iş, biznes və əməkdaşlıqla bağlı istənilən məsələləri müzakirə etmək üçün əladır. Sonradan ailə işləri üçün əlverişli zaman olacaq. Sevdiklərinizi çox yaxşı başa düşür, mübahisə edənləri barışdıra bilirsiniz.

Buğa

Sizin üçün məhsuldar gün olmasa da, olduqca maraqlı gün olacaq. Təcili olmayan məsələləri indi həll edə bilərsiniz.

Uzun müddətdir yarım buraxdığınız işə bu gün qayıda bilər, onu nəhayət ki, bitirə bilərsiniz.

Ətrafınızdakı insanlar həmişəkindən daha tez-tez məsləhət almaq üçün sizə müraciət edəcəklər. Siz kömək etməyi, təcrübənizi bölüşməyi çox sevirsiniz və bu, əlaqələrə fayda verir.

Dostlarla görüşlər xoş keçəcək.  Onlar tez-tez maraqlı təkliflər  edir və gözəl ideyalarını paylaşırlar. Yeni planlar yarana bilər. Onları böyük həvəslə həyata keçirməyə başlayacaqsınız. Gözlənilməz mənbələrdən nağd pul daxilolmaları ola bilər.  Bu gün sizə pul çox lazımdır.

Əkizlər

Bu gün tamamilə gözlənilməyən möhtəşəm ideyalar ortaya çıxacaq.

Son vaxtlar həm sizi, həm də yaxınlarınızı narahat edən bir problemi necə həll edəcəyinizi başa düşəcəksiniz.

Əvvəllər yalnız təxmin etdiyiniz məsələləri nəhayət ki, dərindən öyrənə biləcəksiniz.

Bu, planlarınızı tənzimləmək və məqsədinizə çatmaq üçün necə hərəkət edəcəyinizi anlamağa kömək edəcəksiniz.

Günün birinci yarısında ən çətin işlərin belə öhdəsindən asanlıqla gələ və xeyli iş görə bilərsiniz.

Günün ikinci yarısı istirahət etməyiniz tövsiyə edilir.

Qısa bir ara verməyə çalışın. Bəzi Əkizlər özləri ilə tək qalmaq istəyəcəklər.

Xərçəng

Nəticə çıxarmağa tələsməyin. Günün ilk yarısında insanlar və hadisələr haqqında düzgün təəssürat formalaşdırmaq çətin olacaq.

Bəzən real vəziyyəti qiymətləndirmək əvəzinə xəyal qurur və illüziyalar yaradırsınız.  Özünüzə bir az vaxt verin və reallığı mütləq başa düşəcəksiniz.

Günün ikinci yarısı ünsiyyət üçün əlverişli zamandır. Həm dostluq, həm də işgüzar görüşlər yaxşı keçəcək. İntuisiyanız çox kəskin və sərtdir. Nə hiss etsəniz olur.

Tez-tez başqalarının gizlətməyə çalışdıqlarını təxmin edə bilirsiniz. Bu isə, işlərinizi daha ağıllı və səbrli görməyə fayda verir.

Şir

Narahat bir gün keçirəcəksiniz. Görüləsi çox işiniz var. Bu səbəbdən də tələsmək lazımdır. Bu isə,  sizi heç də sevindirmir. Siz vəziyyəti öyrənmək, hər addımınızı düşünmək istəyirsiniz.

Çalışın ki, bu gün heç kimə vəd verməyin. Çünki onları həyata keçrimək sizin üçün düşündüyünüzdən daha çətin olacaq.

Təxəyyül, ixtiraçılıq və qeyri-standart yanaşma tələb edən işlər üçün əlverişli gündür.

Siz başqalarının getdiyi yoldan getməyi sevmirsiniz.  Sizin öz yolunuz var, yenilikləri sevirsiniz.

Axşam bir çox Şir bürcünü xoş xəbərlərlə sevindirəcək. Ulduzlar sevən Şirlər üçün əlverişli gün vəd edir.

Qız

Günün ilk yarısı kifayət qədər gərgin ola bilər. Görüləsi çox iş var.  Bütün işlər təcilidir. Amma kömək üçün müraciət edə biləcəyiniz hç kim yoxdur.

Xırda şeylərə çox vaxt itirməmək üçün prioritetlərinizi düzgün təyin etməlisiniz.

Vaxt keçdikcə vəziyyət sabitləşəcək və özünüzü daha inamlı hiss edəcəksiniz.

Günorta müxtəlif fəaliyyətlər üçün əla zamandır. Siz keçmidən qalan problemləri həll edə bilər və ya tamamilə yeni bir iş götürə bilərsiniz. Bu gün nə etsəniz, hər bir halda bəxtiniz gətirəcək.

Günün ikinci yaraısı yaxşı təəssürat yaratmaq istədiyiniz insanlarla görüşlər üçün əlverişli zamandır.

Tərəzi

Ünsiyyət üçün əlverişli gündür. Bu gün mühakimələrinizin dəqiqliyi ilə çoxlarını təəccübləndirəcəksiniz. Hətta əvvəllər yalnız öz nöqteyi-nəzərini düzgün hesab edənlər də sizi diqqətlə dinləyəcəklər.

Bəzi Tərəzilər imtina etmək istəmədikləri təkliflər alacaqlar.

Gündəlik tapşırıqlar sizi həmişəkindən daha tez yoracaq. Bu səbəbdən də, bu gün üçün çox plan qurmayın. Dincəlmək, maraqlı yerləri ziyarət etmək imkanı olacaq. Qaçırmayın. Axşam ailə tədbiri, yaxınlarınızla bayram üçün əla vaxtdır.

Əqrəb

Vacib şeylərdən danışmaq bu gün sizin üçün olduqca asan olacaq.

Çətin bir mövzunu müzakirə etməli olsanız belə, hər zaman doğru sözləri tapırsınız, heç kimi incitmədən başqalarını haqlı olduğunuza inandıra bilirsiniz.

Uzun müddət mübahisə edənləri barışdırmaq şansı olacaq. Çoxları nəzakətinizə və incəliyinizə görə sizə minnətdar olacaqlar.

Yüksək yaradıcı potensial, sizi ruhlandıran və sizi həqiqətən valeh edən istənilən fəaliyyətlə məşğul ola bilərsiniz.

Maraqlı tanışlıqlar istisna deyil. Onlardan biri uzun bir dostluğun və ya romantik hekayənin başlanğıcı ola bilər.

Oxatan

Nə olursa, olsun sakit olun. Gün çoxlu sürprizlər gətirsədə, bəzi işləriniz yolunda getməyəcək.

Amma əsəbləşməyin. Vəziyyətlər sizin üçün ən əlverişli şəkildə inkişaf edəcək. Bu arada səbirli olub sakitcə gözləmək lazımdır.

Gün pulla bağlı istənilən məsələlərin həlli üçün münasibdir. Bəzi Oxatanlar bu gün uğurlu alışlar edəcək. Hədiyyələr də gözlənilir.Çoxdan arzuladığınız hər şeyi tam olaraq, ala biləcəksiniz.

Oğlaq

Günün başlanğıcı asan, maraqlı və ruhlandırıcı olacaq. Bu, sözün əsl mənasında hər şeyi edə biləcəyiniz vaxtdır. Ən çətin tapşırıqların öhdəsindən gələ biləcək,

istədiyiniz nəticəni tez əldə edəcəksiniz.

Bütün işlərinizin öhdəsindən rahatlıqla gələ biləcəksiniz. Ulduzlar istənilən halda sizin tərəfinizdə olacaqlar.

Günün ikinci yarısı da əlverişli olacaq və sakit keçəcək. Tələsməyin. Tələssəniz yanlış qərarlar verə bilərsiniz.

Bu dövr sevdiyiniz işlə məşğul olmaq, köhnə hobbiyə qayıtmaq üçün əla dövrdür.

Dolça

Gün son dərəcə məhsuldar, mürəkkəb və məsuliyyətli məsələlər üçün münasib olacaq. Başqalarının təslim olduğu yerdə sən səbr edir və uğur qazanırsan. Heç kim sizin yolunuzda dayanmağa cəsarət edə bilməz. Bunun nəinki mənasız, həm də təhlükəli olduğu hər kəsə aydındır.

Siz sevdiklərinizə çox diqqətlisiniz, onların rifahı və mənəvi rahatlığının qayğısına qalırsınız. Bu diqqətdən kənarda qalmır. Onlar da  sizə təşəkkür etmək və məmnun etmək istəyirlər.

Günün ikinci yarısı uzun müddətdir ortaq dil tapa bilmədiyiniz insanla söhbət etmək üçün əlverişli zamandır. Bu dəfə hər şey yolunda gedəcək.

Balıq

Narahat gündür. Gözlədiyinizdən daha çox iş var və hər şeyi yerinə yetirmək üçün planlarınızı dəyişdirməlisiniz. Narahat olmamağa çalışın. Yolda heç bir ciddi maneə olmayacaq.

Həyəcana təslim olmasanız hər şey düzələcək. Yaxınlıqda sizə dəstək və ilham verən birinin olması yaxşı olardı.

Bu günlərdə qeyri-mümkün görünən gözlənilməz səfərlər və görüşlər mümkündür. Yeni tanışlıqlarla asanlıqla ümumi dil tapa bilirsiniz.

Həyatınızda ilk dəfə gördüyünüz biri ilə dostluq edə bilərsiniz.




Paylaş:


Müəllif : Tarix:
31-12-2023, 23:36
Sikayət   


loading...
Загрузка...