İntihar etmiş vəkilin atası nələr danışdı? - “Həmişə deyirdi ki...”
Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb.
O, oğlunun intiharına səbəbin müstəntiqə verdiyi pulu geri ala bilməməsi olduğunu deyib:
"İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib".
Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş:
"Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur".
Xatırladaq ki, yanvarın 1-də vəkil Zaur Məmmədov intihar edib. Oüzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.
Z. Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.
Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-01-2024, 18:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər