reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda piyadanın ayaqlarının amputasiya edilməsi ilə nəticələnən qəzanın təfərrüatı məlum olub - YENİLƏNİB

reklam

Bakıda piyadanın ayaqlarının amputasiya edilməsi ilə nəticələnən qəzanın təfərrüatı məlum olub - YENİLƏNİB

















Gecə saatlarında Heydər Əliyev prospektində piyadanın ayaqlarının amputasiya edilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bu barədə APA-ya zərərçəkən şəxsin yaxın qohumu Kənan Həsənov məlumat verib.

Onun sözlərinə görə, Xəyyam Məmmədov həmin vaxt ərazidə qazon və ağacları suvarıb:

“Hadisə anında Xəyyam qəza siqnalı yanan, bütün yol qaydalarına uyğun dayanmış iş maşınının arxasında olub. Bu vaxt “Koroğlu” metrosu istiqamətindən yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil onu vurub. Nəticədə Xəyyam Məmmədov “Prius”la iş avtomobilinin arasında sıxılıb qalıb və hər iki ayağı kəsilib. Dərhal sonra Yol Patrul Xidməti hadisə yerinə gəlib və “Prius”un sürücüsünün sərxoş olduğu ortaya çıxıb. Buna baxmayaraq, sürücü öz günahını qətiyyətlə rədd edib”.

Kənan Həsənov qeyd edib ki, zərərçəkmiş hazırda reanimasiyadadır.

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Xəyyam Elbəy oğlu Məmmədov prospektdə piyada üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyib.

Bu zaman onu “Toyota Prius” markalı avtomobil vuraraq eyni istiqamətdə olan eyni markalı maşına sıxışdırıb.

Piyadanın hər iki ayağı sınıb.

O, Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, X.Məmmədovun hər iki ayağı amputasiya edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
3-01-2024, 15:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər