“Tesla” 1,6 milyon avtomobilini geri çağıracaq
Elektromobil istehsalçısı “Tesla” Çin bazarında sürücüyə yardım sistemindəki problemlərə görə 1,6 milyondan çox elektrik avtomobilini geri çağıracaq.
TASS xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Departamenti öz saytında məlumat yayıb.
Məlumata görə, söhbət Çinə idxal edilən “Model S”, “Model X” və “Model 3”, eləcə də, Çində istehsaldan çıxarılan “Model 3” və “Model Y” elektromobillərindən gedir. Geri çağırılma 26 avqust 2014-cü il tarixindən 20 dekabr 2023-cü il tarixinədək istehsal olunan avtomobillərə aid olacaq.
Məlumata görə, bu qüsur yolda toqquşmaya səbəb ola və idarə olunan nəqliyyat vasitəsinin salonunda olan insanların təhlükəsizliyinə təhlükə yarada bilər. Problemi həll etmək üçün Pekin və Şanxaydakı “Tesla” zavodları avtomatlaşdırılmış yardım sisteminin yeni elementlərinin əlavə edilməsi ilə optimallaşdırılmış funksiyanı həyata keçirməyi planlaşdırır. Bunun mövcud riskləri aradan qaldıracağı gözlənilir.
Şirkət geri çağırılan avtomobillərin sahiblərinə xüsusi bildirişlər göndərəcək. Proqram təminatı optimallaşdırılarkən, sürücülərin emalatxanaya gəlməməsinə imkan verən havadan yeniləmə metodundan istifadə ediləcək. Bu mümkün olmadıqda, onlara yerli xidmət mərkəzlərinə pulsuz səfər təklif olunacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-01-2024, 20:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər