reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nyu-York prokurorları Trampdan 370 milyon dollar tələb edir

reklam

Nyu-York prokurorları Trampdan 370 milyon dollar tələb edir


















Nyu-York ştatının baş prokuroru Letisia Ceyms məhkəmədən “Trump Organization”in aktivləri ilə bağlı dələduzluq işi üzrə ABŞ-nin keçmiş prezidenti Donald Trampdan 370 milyon dollar tələb edib.

Bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, bundan əlavə, Ceyms məhkəmədən Trampın, həmçinin “Trump Organization”in iki keçmiş əməkdaşı Allen Vaysselberq və Ceffri Makkoninin Nyu York ştatında daşınmaz əmlak sənayesində iştirakının ömürlük qadağan edilməsini tələb edib.

Nyu-York prokurorluğu 2022-ci ilin sentyabrında Tramp və onun şirkətinə qarşı mülki dələduzluq iddiası qaldırıblar. Ceymsin sözlərinə görə, şirkət kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyəri barədə yanlış məlumat verib. Prokurorların fikrincə, aktivlərin dəyəri 2,23 milyard dollar artırılaraq 3,6 milyard dollar təşkil edib. Xüsusən, prokurorluğun iddia etdiyi kimi, Trampın Floridadakı mülkünün, Manhettendəki “Trump Tower” göydələnindəki mənzillərinin, bir neçə ofis binasının və golf oynamaq üçün torpaq sahələrinin dəyəri şişirdilib.

Trampın müdafiə komandası iddiaların əsassız olduğunu və əmlakın qiymətinin müxtəlif səbəblərdən zamanla dəyişdiyini təkid edir.




Paylaş:


Müəllif : Tarix:
6-01-2024, 11:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər