Ermənistanda hakimiyyətlə kilsə toqquşdu: Paşinyanı nə gözləyir?
“Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk dövrdə onun kilsə ilə münasibətləri heç də pis deyildi. Sadəcə olaraq, kilsə və Ermənistanın siyasi hakimiyyəti arasındakı münasibətlər 44 günlük savaşdan sonra pisləşməyə başladı və kilsə ilə din xadimləri Paşinyanı ittiham etməklə məşğul oldular. Təbii ki, Paşinyan da bu ittihamlara qarşılıq verdi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, bütün ermənilərin katolikosu II Qareginin Yeni il bayramı günü Ermənistanın İctimai Televiziyasında yayımlanmayan çıxışından sonra hakimiyyət ilə kilsə arasında gərginləşən münasibətləri şərh edib.
Xatırladaq ki, II Qaregin İrəvanın əsas kilsəsində keçirilən mərasimində qondarma “Artsax”ın onlar üçün heç vaxt tarixə çevrilməyəcəyi haqda açıqlamalar vermişdi.
Öz növbəsində, O.Qasımov əlavə edib ki, erməni faşizminin əsas mərkəzi hər zaman erməni kilsəsi olub ki, erməni din xadimləri bununla xalqın düşüncəsinə ciddi şəkildə təsir edib və tarixən onları zəhərləməklə məşğul olublar:
“Hazırda analoji proses davam etməkdədir. Lakin Baş nazir Paşinyan sələflərindən fərqli olaraq reallığı dərk etdiyi üçün bilir ki, hazırda Azərbaycanla münasibətlərdə mümkün qədər korrekt davranılmalı və sülh prosesində irəliləyiş əldə edilməlidir. Əks halda, bu, Ermənistanın özünün gələcəyi üçün ciddi təhlükələr vəd edir və Ermənistanın mövcudluğu müzakirə mövzusu ola bilər. Son 1 ildə Paşinyan çıxışlarının əksəriyyətində Ermənistanın 29.743 kv.km. ərazilərinin “kupça”sını almaq istədiyini bildirib ki, bu da onun tərəfindən atılan rasional bir davranışdır”.
Analitikə görə, kilsə ilə siyasi hakimiyyət arasındakı mübarizədə tərəflərdən hansının qalib gəlməsi məsələsində baxdıqda görürük ki, hazırkı şəraitdə Paşinyan hakimiyyəti siyasi müstəvidə kifayət qədər güclüdür və erməni cəmiyyətindən müəyyən dəstək alır:
“Lakin bu, o demək deyil ki, erməni cəmiyyəti kilsənin arxasından, yaxud onun təsirindən uzaqlaşacaq. Bunlar üst səviyyədə baş verən qarşıdurmalardır. Fikrimcə, Paşinyan siyasi iradəsini nümayiş etdirərək prosesi irəlilədə bilsə, kilsə ona maneə ola bilməyəcək. Hazırda kilsənin revanşist çağırışları erməni cəmiyyətinin əksər hissəsində istənilən formada effekt vermir. Erməni cəmiyyətinin anlayışlı kəsimi Azərbaycan və digər qonşularla davamlı düşmənçiliyin heç də fayda verəcəyini məqbul saymırlar və bir formada münasibətlərin düzəlməsini istəyirlər. Sadəcə olaraq, kilsə, ona yaxın olan revanşist qüvvələr və aktiv ictimai-siyasi kəsim ucadan danışdığı üçün onların səsi yüksəkdən gəlir. Amma Ermənistandakı siyasi proseslərdə çox da aktiv olmayan səssiz təbəqə var ki, onlar da sakit və problemsiz həyat istəyirlər”.
Müsahibizimin fikrincə, bu qarşıdurmanın kiminsə qələbəsi ilə bitəcəyini söyləmək düzgün olmaz:
“Çünki Ermənistanda iqtidarda olan istənilən siyasi hakimiyyətin yaxın gələcəkdə kilsəni ram edəcəyini söyləmək qeyri-realdır. Ona görə ki, erməni kilsəsi Ermənistanda və bütün dünyada yaşayan ermənilərlə əlaqəlidir. Erməni kilsəsi də öz fəaliyyətini beynəlxalq ermənilik və erməni diasporu ilə bir yerdə qurmaqdadır. Yəni erməni kilsəsi ilə diaspora bir tərəfdə dayanırsa, Paşinyan hakimiyyəti də digər bir tərəfdə dayanır və onlar qarşıdurma halındadırlar.
Deməzdim ki, burada toqquşma qaçılmazdır, yox. Sadəcə, bu, tərəflər arasındakı ideoloji siyasi mübarizədir ki, davam edir. Məncə, Paşinyanın imkanları var ki, kilsənin və digər revanşist qüvvələrin bütün təzyiq və təbliğatlarına baxmayaraq, öz istədiyi siyasəti apara bilsin”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-01-2024, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər