“Ukrayna dekabrda G7 və qlobal Cənub ölkələri ilə gizli görüş keçirib”
“Dekabrın 16-da Səudiyyə Ərəbistanında Ukrayna, G7 ölkələri və qlobal cənubun bəzi dövlətlərinin nümayəndələrinin gizli görüşü keçirilib”.
Bu barədə “Bloomberg” görüşlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
“Bloomberg” qlobal cənub ölkələrindən olan iştirakçılar arasında Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyənin nümayəndələrinin adını çəkib. Bildirilir ki, əvvəlki sammitlərdə iştirak edən Çin, Braziliya və BƏƏ bu görüşə öz nümayəndələrini göndərməyib.
Nəşr yazır ki, görüş, xüsusən də iştirakçıların rahatlığı üçün gizli keçirilib. Mənbələrin sözlərinə görə, bu format gələcəkdə Ukrayna və Rusiya arasında sülh şəraitinin və potensial qarşılıqlı fəaliyyət prinsiplərinin daha azad və səmimi müzakirəsinə imkan verəcək. İclasda iştirak edən ölkələrin əsasən milli təhlükəsizlik müşavirləri ilə təmsil olunduğu qeyd edilir.
Əlavə edilir ki, tərəflər əhəmiyyətli irəliləyiş əldə etməyiblər. “Bloomberg”in məlumatına görə, qlobal Cənub ölkələri Rusiya ilə birbaşa qarşılıqlı əlaqəyə çağırır, Ukrayna və G7 ölkələri isə hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlara heç bir istək əlaməti göstərmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-01-2024, 22:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər