Lloyd Ostində xərçəng aşkar edilib
Hazırda müalicəsi davam etdirilən ABŞ-nin müdafiə naziri Lloyd Ostində prostat xərçəngi aşkar edilib.
“CNN” xəbər verir ki, bu barədə məlumatı Pentaqon rəhbərinin müalicə aldığı Uolter Rid Milli Hərbi-Tibbi Mərkəzi yayıb.
Məlumata görə, Ostində şiş 2023-cü il dekabrın əvvəlində aşkar edilib. Nazir dekabrın 22-si bununla bağlı cərrahi prosedurdan keçirilib. Onun əməliyyatdan bir gün sonra evə buraxıldığı və özünü yaxşı hiss etdiyi vurğulanıb. Lakin yanvarın 1-i Ostin özünü pis hiss etdiyindən xəstəxanaya yerləşdirilib. Bu zaman isə onda infeksiya aşkar edilib.
Eyni zamanda, Ostində xərçəngin ilkin mərhələsi olduğu və ümumi vəziyyətin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, Pentaqon rəhbəri Vaşinqton yaxınlığında Uolter Ridd Milli Tibbi Mərkəzində müalicə alır. Yanvarın 1-i ümumi tibbi müayinədən sonra 70 yaşlı Ostinin halı pisləşib. Pentaqon bu barədə məlumatı yanvarın 5-i yalnız bəzi məmurlara və konqresmenlərə bildirib. “NBC”nin məlumatına görə, nazir 4 gün reanimasiyada qalıb. Sözügedən məlumatın bir müddət gizli saxlanılması ölkədə müzakirələrə səbəb olub. Pentaqon nazirin xəstəxanaya yerləşdirilməsi barədə məlumatı vaxtında elan etmədiyindən Ağ Ev araşdırma aparacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2024, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər