![reklam](/templates/tema/images/saythazir.png)
Nazirlikdən vaksinasiya ilə bağlı əhaliyə çağırış
Səhiyyə Nazirliyi qızılcaya qarşı peyvəndlə bağlı əhaliyə çağırış edib.
Bu barədə qurum rəsmi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir.
“Yaranmış epidemioloji vəziyyətin təhlili göstərir ki, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir.
İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib.
Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırır.
Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”, - nazirliyin məlumatında bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2024, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

![reklam](/templates/tema/images/reklam300.png)
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739605923_kopwjngeyckvkaf19jtxxjaghw0bvtikdvqiy9a_1200.webp)
Unikal hadisə: ABŞ-də həbsdə olan və Rusiyaya təhvil verilən Aleksandr Vinnikə "təmiz səhifə" açıldı
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739544427_1.jpg)
Deyəsən, xalqımız Sahil Babayevi gündüz “əli çıraqlı” axtarmalı olacaq... - GÖRÜNƏNİ BUDUR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739555840_1.jpg)
“Hindistan nə tələb edirsə, biz də onu tələb edəcəyik" - Tramp Hindistan baş nazirini hədələdi
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739544262_1.jpg)
DAŞDAN PUL ÇIXARANLAR: İş adamı, icra başçısı və regional Ekologiya İdarəsi rəisi... - İTTİHAM VAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739541193_elsad.jpg)
“Range Rover”lə 4 nəfərin ölümünə görə yüngül cəza almışdı - Daha bir güzəşt istəyir
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739513304_1.jpg)
Məhkəmə Tramp administrasiyasını digər ölkələrə yardım göstərməyə məcbur edən qərar çıxarıb - TASS
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739506861_1.jpg)
AAAF Parkda Ulu Öndərə növbəti hörmətsizlik– İş adamı Vüqar Səidzadə dövlət atributlarını dayanacağa qoydu
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739463651_1.jpg)
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739465260_7cga16szonwiagdmabsmw2aouewa7xzklnq1h0_1200.webp)