Ermənilər Azərbaycandan ən qədim İncili necə oğurlayıb?
Ermənistanda rəsmi andiçmə mərasimində üzərinə əl basılan xristianlığa aid ən qədim İncil var. İki hissədən ibarətdir: “Müqəddəs Yevangiliya” və “Qoruyucu”. Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzində tam məxfi seyfdə qorunur və qeydiyyat nömrəsi 10680-dır. Bu kitabı qorumaq üçün xüsusi mühafizə qrupu var və ona yalnız xüsusi icazəsi olan adamlar yaxınlaşa bilər. Bu günə qədər kitabın içi açılmayıb və heç kim orda hansı dildə yazıldığını görməyib - təkcə erməni kilsəsinin baş katolikoslarından başqa.
Uzun araşdırma aparsaq da, kitabın hansı əlifba ilə yazılmasını öyrənə bilmədik. Amma tam əminik ki, nə qədim, nə də müasir erməni dilindədir; aramey və latın dilində də deyil. Əldə etdiyimiz məlumatlar isə daha önəmli mətləbləri üzə çıxarır.
Bu kitab V əsrdə Daşkəsən rayonunun Bayan kəndində hazırlanıb və orda uzun əsrlər saxlanılıb.
Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi xristianlıqla bağlıdır. Təxminən 3-4-cü əsrlərdə ölkə ərazisində bu qəbildən inşa edilən kilsə və monastırlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian əhali 7-8-ci əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki 3 Alban məbədi də (Bayan monastırı, Çiçərvəng məbədi, Bayan kilsəsi) məhz bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir.
Məhz Bayan monastırı üçün hazırlanan bu qədim və nadir kitab V əsrdən 1625-ci ilə qədər burada saxlanılıb. Sonradan onun restavrasiya edilməsi lazım olub və bunun üçün Qüdsdən dəvət edilən mütəxəsislər kitabın burda qalmasını mühüm hesab ediblər. Bayan kəndində saxlanılan bu qədim kitabın əfsanəsi o qədər yayılıb ki, Şərqin və Avropanın bir çox yerindən zəvvarlar Daşkəsənin Bayan kəndinə gəlirdilər. Buna səbəb həmin kitabın sağlamlıq bəxş edib, xəstə insanlara kömək etməsi barədə şayiə idi.
Bu kitab XIX əsrə qədər, Makar Barxudaryan adlanan yepiskopun bura gəlməsinə qədər qorunub saxlanılır. 1895-ci ildə o, təcili Üçmiədzin kilsəsinə məktub yazır ki, bu kitab mütləq ermənilərə verilməlidir.
1974-cü ildə Bayan kəndində yaşayan Asi Qriqoryan adlı şəxs kitabı oğurlayıb Bakıya gəlir və onu Azərbaycanda erməni kilsəsinin katolikoslarından olan Vaqan Teryana verir. O da öz növbəsində 1 yanvar 1975-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb etməmək üçün onu 1955-1994-cü illər arasında bütün ermənilərin katolikosu olan I Vazgenə (Levon Garabed Baljian) - anasının xatirəsinə - hədiyyə edir. Vazgen qədim kitabı hədiyyə alır, açır və həmin ilin 25 iyulunda Matenadarana göndərir və tapşırıq verir ki, heç bir zaman açılmasın, onun surətini erməni dilində yazsınlar və oxşarını hazırlasınlar. Hazırlanan surətinə isə “Vexamor” adı verirlər. Bu ad I Vazgenin Buxarestdə müəllimə işləyən və 1974-cü ildə ölən anası Siranuş Palçyanın xatirəsini yaşatmaq üçün seçilir.
Hazırda Azərbaycan dövlətinə, xalqına və qədim Bayan monastırına məxsus bu qədim və nadir kitab Matenadaranda tam məxfi saxlanılır və onun surətini (saxta və ermənicə yazılan) qonaqlara göstərirlər.
Bu qədim kitabın hansı dildə yazılması isə bu günə qədər gizli saxlanılır.
Ümid edirik ki, nə zamansa bu kitab üzə çıxacaq və böyük ehtimalla Alban dövlətinə daxil olan Qarqarlardan olan Benyaminin 52 hərfdən ibarət hazırladığı əlifba ilə yazıldığı sübut ediləcək.
axar.az
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2024, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər