reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kim Cənubi Koreyanı hədələdi

reklam

Kim Cənubi Koreyanı hədələdi
















Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı ölkənin əsas düşməni adlandırıb və bu ölkə ilə müharibədən yayınmaq niyyətində olmadığını deyib.

RegionXəbərləricom.az Yonhap-a istinadla xəbər verir ki, o, bir neçə gün əvvəl iri silah-sursat zavodlarını yoxlayarkən, Seulun Pxenyana qarşı güc tətbiq etməyə cəhd edəcəyi halda Cənubi Koreyanı məhv edəcəyi ilə hədələyib.

Kim Çen In birtərəfli qaydada müharibəyə başlamayacağını bildirib:

"Lakin müharibədən də qaçmaq niyyətində deyilik. Cənub KXDR-ə qarşı silahlı qüvvələrdən istifadə etməyə və ya onun suverenliyini və təhlükəsizliyini təhdid etməyə cəhd edərsə və belə bir fürsət yaranarsa, əlimizdə olan bütün vasitə və qüvvələri səfərbər edərək, Koreya Respublikasını məhv etməkdən çəkinməyəcəyik".

Cənubi Koreya Şimali Koreya lideri Kimin təhdidini "sadəcə söz oyunu" adlandırıb.




Paylaş:


Müəllif : Tarix:
10-01-2024, 12:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər