reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ronaldonun oğlu atasının yolu ilə gedir - Video

reklam

Ronaldonun oğlu atasının yolu ilə gedir - Video
















Kriştiano Ronaldonun oğlu atasının yolunu uğurla davam etdirmək üçün səylə çalışır. 

Britaniya mediasında 13 yaşlı kiçik Kriştianonun "Çelsi"nin akademiyasında məşq zamanı çəkilən videosu yayılıb. Videoda onun cərimə zərbələri üzərində hazırlaşdığı görünür. 

Zərbə zamanı top manekenlərdən ibarət canlı səddin üzərindən adlayaraq qapının "doqquzluğ"una  gedir. 

Qeyd edək ki, ata Kriştino Ronaldo da cərimə zərbələrinin mahir ifaçısı kimi tanınır.

Əlavə edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə keçdikdən sonra kiçik Ronaldo da bu klubun akademiyası ilə müqavilə imzalayıb. O, daha əvvəl "Mançester Yunayted", "Real" və "Yuventus"un aşağı yaş qruplarında da oynayıb.




Paylaş:


Müəllif : Tarix:
10-01-2024, 12:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər