Anklavların qaytarılması ilə bağlı YENİ XƏBƏR – Başkəndin əvəzində...
“Azərbaycan və Ermənistan arasında həll olunmayan məsələlərdən biri də anklavlarla bağlıdır. Rəsmi Bakı Ermənistan ərazisində yerləşən və inzibati olaraq Azərbaycanın ərazisi sayılan 8 anklav kəndin qaytarılması ilə bağlı məsələni mütəmadi gündəmdə saxlayır. Ermənistan tərəfi isə Gədəbəy rayonu ərazisində olan və sovet dövründə Ermənistana verilən Başkənd kəndinin yenidən inzibati olaraq özlərinə qaytarılmasını istəyir. Ermənistanın bu iddiaları özbaşına yox, üçüncü qüvvələrin təhriki ilə edir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O, bildirib ki, Azərbaycan tərəfi 8 kəndin qaytarılması ilə bağlı məsələni mütəmadi gündəmə gətirir:
“Ermənistan gözəl başa düşür ki, rəsmi Bakı hansı məsələni gündəmə gətirirsə onun həllinə nail olur. Məsələ burasındadır ki, “güzgü prinsipi” əsasında bu problem həllini tapmalıdır. Ermənistan kortəbii formada Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Amma hələ də bu məsələnin nöqtəsi qoyulmayıb. Ona görə də onlar delimitasiya məsələsindən qaçırlar və yayınırlar.
Təbii ki, bu məsələdə Ermənistan özbaşına yox, üçüncü qüvvələrin təhriki ilə hərəkət etməsinin şahidi oluruq. Ermənistan tərəfi yaxşı başa düşür ki, bu faktorlar Azərbaycanın atacağı addımlar qarşısında yetərli deyil. Paşinyan Azərbaycanla ultimatum dili ilə danışmağın mənasız olduğunun çoxdan fərqindədir. Sovet dövründə respublikalar arasında sərhəd məsələlərinə ciddi yanaşılmadığına görə, anklavlar məsələsi mübahisəli formada qalıb. Bu anklav kəndlər Azərbaycanın halal, tamhüquqlu torpaqlarıdır və düşünürəm ki, yaxın zamanlarda həll olunacaq”.
Politoloq həmçinin qeyd edib ki, Başkəndin əvəzinə Azərbaycana məxsus hansısa anklav kəndin mübadiləsi mümkün deyil.
“Fikrimcə bu anklavlar məsələsi tamamilə bitəcək. Ermənistanla bizim aramızda olan gərgin münasibətlər fonunda artıq anklavların mövcudluğu inandırıcı görünmür. Bu keçmişin qalığıdır. Düzdü, sovet dövründə iki ölkə arasında sərhədlər yox idi və istər azərbaycanlılar, istərsə də ermənilər anklavlara rahatlıqla gediş-gəliş edirdi. Amma artıq siyasi situasiya fərqlidir. Anklavlar məsələsinin həlli həm bizim, həm də Ermənistan tərəfinin marağındadır. Çünki bu məsələnin həll olunmamış qalması problemli vəziyyətin davam etməsi deməkdir. Bu nöqteyi-nəzərdən Ermənistanın Başkənd məsələsində israrlı olacağı real görünmür. Azərbaycan öz torpağını əlavə torpaq verməklə azad etmək niyyətində deyil. Odur ki, bunları bitirmək lazımdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2024, 15:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər