Üç il həbs və ya 23 min dollar cərimə: Cənubi Koreyada it əti qadağası
Cənubi Koreya parlamenti itlərin ətini yemək məqsədilə yetişdirilməsini və kəsilməsini qadağan edən qanun layihəsini qəbul edib.
Bu barədə “The Chosun Ilbo” qəzeti məlumat yayıb.
Qanun layihəsi it ətinin kommersiya məqsədləri üçün yayılmasını da qadağan edir. Bir itin ətinə görə öldürülməsi üç ilə qədər həbs və ya 30 milyon von (22,8 min dollar) məbləğində cərimə ilə nəticələnə bilər. İtlərin ətini yemək məqsədilə yetişdirilməsi üçün iki ilə qədər həbs cəzası və ya 20 milyon von (15,2 min dollar) cərimə nəzərdə tutulur. Qanun layihəsində üç illik keçid dövrü var və bu müddət ərzində cərimələr tətbiq edilməyəcək.
Bundan əlavə, it yetişdirmə təsərrüfatlarının və it ətinə xidmət edən iaşə müəssisələrinin, eyni zamanda kəsim məntəqələrinin və distribütorların sahibləri yardım almaq üçün öz biznesləri barədə yerli hakimiyyət orqanlarına məlumat verməlidirlər.
“The Chosun Ilbo” qəzetinin yazdığına görə, sənəddə it ətini yeməyə görə cəza haqqında məlumat yoxdur.
Səsvermədə iştirak edən 210 deputatdan 208-i qanun layihəsinin lehinə səs verib, 2-si isə bitərəf qalıb. Təşəbbüs hakim “Vətəndaş Gücü” partiyasının, həmçinin, müxalif “Toburo” Demokratik Partiyasının dəstəyini qazanıb.
Qanun layihəsini Koreya Prezidenti Yun Sok Yolun imzalayacağı gözlənilir.
Qeyd edək ki, Koreya Prezidentinin həyat yoldaşı Kim Qon Hi də bu “ənənəyə” son qoyulmasını açıq şəkildə müdafiə edir.
Xatırladaq ki, prezident cütlüyünün ev heyvanı kimi saxladıqları bir neçə iti və pişiyi var.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2024, 17:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər